“Mahir Emreli böyük pul alırdı, kluba “yük” idi”

Xorvatiya mətbuatı Mahir Emrelinin “Dinamo”dan (Zaqreb) “Nürnberq”ə keçidindən və Almaniya klubundakı çıxışından yazıb. “Index.hr” portalı millimizin hücumçusunun "Hoffenhaym"la görüşdə fərqlənməsinə də toxunub:
"Avqustun ilk günlərində "Dinamo" Mahir Emreli ilə müqaviləyə xitam verdiyini açıqlamışdı.
Xorvatiya çempionu uzun müddətdir ki, böyük müqavilələri olan futbolçu yükündən xilas olmaq istəyirdi ki, 27 yaşlı Azərbaycan millisinin hücumçusu da onlardan biri idi.
Emreli 2022-ci ilin fevral ayında "Legia"dan azad agent kimi "Dinamo"ya keçərək Zaqreb klubunda ən yüksək maaş alan futbolçulardan birinə çevrilmişdi. O, "Dinamo"nun heyətində 47 oyun keçirdi, 10 qol vurub, 5 asist etdi.
Müqaviləyə xitam verildikdən 5 gün sonra Emreli “Nürnberq”ə keçdi. İkinci Bundesliqada çıxış edən və turnir cədvəlinin zirvəsində olan klub azərbaycanlı futbolçudan ümid etdiyini almağa başlayıb.
O, yeni mühitlə tanış olmaq üçün keçirdiyi bir neçə matçdan sonra üç görüşdə artıq 3 qol vurub. Emreli son iki liqa matçında iki dəfə fərqlənib: əvvəlcə “Qreyter”lə oyunda (4:0), sonra isə “Regensburq”la oyunda (8:3).



[email protected]