MDB ölkələrinin liderləri ənənəvi olaraq dekabrın sonunda görüşəcəklər
MDB ölkələrinin liderləri 2024-cü ilə yekun vurmaq və gələcək üçün planları müəyyən etmək üçün dekabrın sonunda toplanacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz ənənəvi olaraq, dekabrın sonunda ilə yekun vurmaq və gələcək üçün planları müəyyən etmək üçün toplanacağıq”, - o, xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində deyib.
V. Putin qeyd edib ki, MDB dövlətləri “Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir”.
O xatırladıb ki, 2025-ci ildə ölkələr Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəklər.
[email protected]