“Michelin” Fransadakı iki zavodunu bağlayır
Dünyanın aparıcı avtomobil şinləri istehsalçılarından biri olan Fransanın “Compagnie Generale des Etablissements Michelin” şirkəti 2026-cı ilin əvvəlindən gec olmayaraq Fransadakı iki zavodunu bağlamaq niyyətində olduğunu açıqlayıb.
“Michelin”-in bəyanatında deyildiyi kimi, Şole və Vann şəhərlərində yerləşən müəssisələr bir neçə ildir ki, ciddi iqtisadi çətinliklərlə üzləşiblər. Şirkət tərəfindən görülən tədbirlərə baxmayaraq, zavodların həyat qabiliyyətini saxlamaq mümkün olmayıb.
Hər iki zavodun fəaliyyətinə minik avtomobili və yük avtomobili təkərləri bazarlarının struktur transformasiyası və xüsusilə inflyasiya və artan enerji xərcləri səbəbindən Avropada rəqabət qabiliyyətinin pisləşməsi əhəmiyyətli dərəcədə təsir edib. Bütün alternativ variantlar və ssenarilər təhlil edilib qiymətləndirildikdən sonra bu qərar qəbul edilib.
[email protected]