Lika Jorjoliani: COP29-un Bakıda keçirilməsi region dövlətləri üçün də önəmlidir
Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. İnanıram ki, Azərbaycan dünya əhəmiyyətli bu tədbiri yüksək səviyyədə keçirəcək.
Bu sözləri müsahibəsində Gürcüstanın araşdırmaçı-jurnalisti Lika Jorjoliani söyləyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi dünya ölkələri kimi, Azərbaycan və Gürcüstan üçün də önəmlidir. Azərbaycan iqlim problemlərinin həlli ilə bağlı təşəbbüsə ilk qoşulanlardan olub və qısa bir zamanda COP29-a çox ciddi hazırlaşıb.
O deyib: "İnanıram ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə təşkil edəcək və qarşıya qoyulmuş məqsədlərə çatacaq. Bu işdə qonşu və dost Azərbaycana uğurlar arzulayıram. Cənubi Qafqazın digər ölkələri də bu məsələdə Azərbaycana dəstək olmalıdırlar.
Çünki biz birgə səylər sayəsində bir çox qlobal məsələləri həll edə bilərik”.
[email protected]