Zəfərə gedən yol

Amurəhmədova Lalə Baba qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin ingilis dili müəllimi


27 sentyabr 2020-ci il - Vətən müharibəsinin başladığı gün Azərbaycan Milli Dövlətçilik İnstitutunun qızıl tarixi, qürur və şərəf simvoludur.Bu tarixdən başlayan haqq-ədalət savaşı sübut etdi ki, Azərbaycan xalqı vahiddir, bölünməzdir, öz vətəni-torpaqları uğrunda vuruşa hər zaman hazırdır.
27 sentyabr 2020-ci il Azərbaycanın hərbi-strateji tarixində işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanması günüdür. Xalq bu günü 30 il inamla gözləmişdir. Erməni vəhşilikləri, qəddarlıqları bu illər ərzində öz faşist xisləti ilə qəzəb, nifrət hissini söndürməmiş, əksinə daha da alovlandırmışdı.
27 sentyabr qisas günü idi, qalibiyyət uğrunda tarixi Qarabağ torpaqlarının işğaldan azadlığının başlanğıcı idi.
Bu illər ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanları istiqamətində Prezident İlham Əliyev beynəlxalq aləmdə ciddi siyasi iş aparmışdı.
27 sentyabr 2020-ci il - 1994-cü ildə bağlanan atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ardıcıl zərbələr endirən, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məkanına atəş yağdıran təcavüzkar layiqli cavabını aldı. Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində dinc əhalinin yaşayış yerləri raketlərdən bombardmana tutuldu. Azərbaycana qarşı bu yeni təcavüz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Humanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyası, 1993-cü ildə qəbul edilən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin Ermənistan tərəfindən pozulması idi.
27 sentyabr 2020-ci ildə Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziyada xalqa müraciət edərək bildirdi ki, Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsi başladı və bəyan etdi ki: “Qarabağ Azərbaycandır!”. Vətən müharibəsinin hərbi-strateji tarixində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı simvola çevrildi.
27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsində milli ordu bir an da olsun geri çəkilmədi. Burada açıq sual var - Niyə? Ən müqəddəm şərti ordu-hərbiçilərin məhz öz doğma torpaqlarınınişğaldan azad edilməsi uğrunda vuruşması, canlarını belə fəda edərək şəhid və ya qazi olmasındadır. Türkiyənin Ulu Öndəri M.K.Atatürk söylədiyi kimi: “Döyüş zəruri və qaçılmaz olmalıdır, millətin həyatı təhlükə ilə qarşı-qarşıya qalmadıqca, hərb bir cinayətdir”.
-27 sentyabr Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan Ordusu yüksək hərbi peşəkarlıq, orduda məsuliyyətli nizam-intizam, operativ mobillik, müasir döyüş texnologiyalarına malikliyi və bundan siyasi taktika ilə istifadə edərək zəfər qazandı.
-27 sentyabr Azərbaycan xalqının dövlətə, orduya etibarı, xalq-dövlət birliyi, vətən-doğma torpaqlar uğrunda vuruşan döyüşçülərin də mənəvi-psixoloji durumunamüsbət təsir göstərdi. Bunun bir göstəricisi də, məhz yaralanan və hətta ağır vəziyyətdə olan hər bir əsgər və zabitin sağalaraq yenidən vuruşbölgəsinə qayıtmağa səy etməsi idi. Bu, vətənsevərlik, doğma torpağına bağlılıq, eyni zamanda dövlət siyasətinə, Ali Baş Komandana olan güvəncdən və zəfərə inamdan qaynaqlanırdı.
27 sentyabr Vətən müharibəsi göstərdi ki, zəfər bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycanqəhrəman xalq oldu. Azərbaycan Respublikası dövlət sərhədini bərpa etməklə yanaşı, həm də Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaratdı.

30.09.2024


[email protected]