Dağ kəndində kitab köşkü

"AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Quşçu kənd Folklor evinin qarşısında uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın təbliğinə xidmət etmək məqsədilə kitab köşkü quraşdırılmışdır.

Günün 24 saatı ərzində kənd sakinlərinin kitabları əldə etməsinə sərbəst şəkildə imkan yaradan "açıq kitabxana" tipli köşkdə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, həmçinin biznes və özünüinkişaf üzrə yeni nəşrlər təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnməklə yanaşı, paylaşmaq istədikləri nəşrləri köşkə bağışlamaqla digər oxucuların da mütaliəsinə əlavə imkan yarada bilərlər. 
Köşk rübdə bir dəfə yeni nəşrlərlə zənginləşdiriləcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara isə "AzerGold" QSC tərəfindən hədiyyələrin təqdim olunması nəzərdə tutulub.




[email protected]