Ən sürətli şarj olunan elektromobil batareyası hazırlanıb

Dünyanın ən sürətli şarj olunan elektrikli avtomobil batareyası təqdim edilib. O, Çinin “SAIC-GM” və “CATL” şirkətləri tərəfindən hazırlanıb.

Litium Dəmir Fosfat (LFP) strukturu üzərində qurulmuş batareya 6C kimi yüksək şarj sürətinə çataraq, “Geely”nin rekorda sahib “Golden Battery”sini (5.5C) geridə qoyur. Yeni batareya gələn ildən etibarən “General Motors”un 900 voltluq “Ultium” platformasında istifadə olunacaq. Şarj prosesinin səmərəliliyini artırmaq və sabit performans əldə etmək üçün xüsusi bir elektrolit tətbiq edilib. Sözügedən elektrolit keçiriciliyi artırmaq üçün optimallaşdırılmış bir formulaya sahibdir. Yeni formula batareyanın daha səmərəli işləməsini təmin edərək litium ionlarının hərəkətini sürətləndirir.

“Golden Battery” 10 dəqiqədə 80 faizə qədər dolma səviyyəsinə çatır. Yeni batareya isə bu müddəti azaltmaq potensialına sahibdir. Üstəlik o, cəmi 5 dəqiqəlik şarjla 200 kilometrdən çox məsafə qət edir.



[email protected]