"Taxıl sazişi" yenidən müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Azərbaycan" qəzeti bu barədə Türkiyə liderinin ofisinə istinadən xəbər verir.

Ərdoğan görüş zamanı Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla həll oluna biləcəyinə inandığını bildirib. O, Ankaranın bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini vurğulayıb.

Həmçinin Türkiyə lideri, "Taxıl sazişi"nin bərpa edilməsi üçün səy göstərəcəyinə dair Volodimir Zelenskiyə söz verib.



[email protected]