Qeyri-adi qulaqcıq

“Nothing” şirkəti öncədən anons etdiyi yeni qeyri-adi naqilsiz qulaqcığını təqdim edib. “Nothing Ear” digərlərindən fərqli olaraq, qulağın içərisində deyil, üzərinə yerləşdirilir.

İdman tərzində olan cihaz ətrafdakı səsin daha yaxşı qəbul edilməsinə hədəfləndiyi üçün özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirmir. Qulaqcıqlardan hər biri 14.2 mm-lik audio drayver ilə təchiz olunub. Bununla yanaşı, onların gövdələri sudan qorunma özəlliyinə sahibdirlər.

“Nothing Ear” digər cihazlara “Bluetooth” vasitəsilə qoşulur. Onun əsas fərqləndirici özəlliklərindən biri “ChatGPT”yə qoşulmasıdır. “Clear Voice” texnologiyası isə telefon danışıqları zamanı istifadəçi səsinin daha keyfiyyətli ötürülməsinə istiqamətlənib.

Qulaqcıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə bu göstərici 30 saat təşkil edir. “Nothing Ear” 10 dəqiqə şarj prosesində olduqdan sonra 2 saat ərzində çalışır.

Oktyabrın 1-də satışa çıxacaq cihazın qiyməti  150 ABŞ dolları olacaq.




[email protected]