Yekaterinburqda şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, habelə bütün şəhidlərimizə dərin ehtiramın əlaməti olaraq 27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycanının Yekaterinburq şəhərindəki baş konsulluğunda tədbir keçirilib.
tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış guşənin önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb və Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs edib. O deyib ki, bu gün olduğu kimi, Vətən müharibəsində də Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında hamılıqla birləşərək tarixi ədaləti bərqərar edib.
Anım Günü tədbiri “Azərbaycan-Ural” İctimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinskinin və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam edib. Onlar Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpa olunmasındakı müstəsna rolundan və Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin haqlı mövqeyindən, Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən bəhs ediblər.
Tədbirdə baş konsulluğun kollektivi ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.
[email protected]