27 sentyabr Vətənin bütövlüyü və azadlığı uğrunda tarixi qələbəmizə gedən yolun başlanğıcıdır
SAMİRƏ MUSAYEVA
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru
27 sentyabr tarixi qələbəmizə gedən yolun başlanğıcıdır. Bu yol bu tarix Azərbaycan tarixdə əsrlərlə yaşayacaq, insanlar tərəfindən əbədi xatırlanacaq və qələbəmizin təmin olunmasında xidməti olanlar məhəbbətlə yad ediləcəkdir. Bu tarix Azərbaycan prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin, Azərbaycan ordusunun qüdrətinin və xalqın birliyinin təntənəsidir. 44 günlük müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda vuruşmağı, qalib gəlməyi, haqqı-ədaləti bərpa etməyi bacarır. 44 gündə Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi. Keçilməz maneələr dəf olundu. Əsgər və zabitlərimiz böyük şücaət göstərdilər.
Cənab İlham Əliyev bu günlərdə 7-ci çağırış Milli Məclisin birinci iclasında ölkədə gedən inkişafa, quruculuq işlərinə böyük önəm verərək, bildirdi ki, “biz ordu quruculuğunu bundan sonra da möhkəmləndirməliyik, biz birliyimizi səfərbər etməliyik. İşğaldan azad olunmuş ərazilərdə tikinti bərpa quruculuq işləri daha da sürətləndirilməlidir”. Ölkə rəhbəri qeyd etdi ki, həmin quruculuq işləri üçün son illər 19 milyard manat vəsait ayrılmasına baxmayaraq, yenə də biz maliyyə imkanlarımızla Qarabağ və Şərqi Zəngəzur torpaqlarını gülüstana çevirməliyik.
Bu gün anım günüdür, Azərbaycan xalqı bu günlə fəxr etməkdə haqlıdır. İlllər əvvəl bu gün faşizm üzərində üzərində qələbənin təntənəsini təmin edən bir yolun başlanğıcındayıq. Ona görə də Azərbaycan xalqı 27 sentyabrı fəxrlə qeyd edir, şəhidlərimizin ruhuna dualar oxuyur. Biz qürurluyuq, çünki 44 günün davamı olaraq, 23 saatlıq lokal antiterror tədbirləri Azərbaycan tam suverenliyini təmin edib. Həmin 23 saat, məhz 44 günün davamı oldu. Erməni separatçılarının ayağı Qarabağ torpaqlarından tamamilə kəsildi.
Artıq Xankəndi, Şuşa, Ağdam - işğaldan azad olunmuş bütün ərazilərimizə köç başlanılıb. Ölkə rəhbəri başda olmaqla, insanlar Qarabağ torpaqlarını və Şərqi Zəngəzuru cənnətə çevirməkdədir. Bu, belə də olmalıdır.
27.09.2024
[email protected]