27 sentyabr tarixi hər zaman qürur hissi ilə xatırlanacaq

Tağıyeva Samirə Cəmil - Cahid qızı
ADPU Riyaziyyatin ibtidai kursunun 
tədrisi texnologiyası kafedrassnın dosenti

27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış təqvim günlərindən biridir. Tarix bütün baş verən hadisələrin xronologiyasını özündə saxlasa da, elə günlər, elə hadisələr var ki, onları əsrlər keçsə də unutdurmur. 27 sentyabr 2020-ci il tarixi də bu qəbildəndir.  Xalqımızın mənəvi birliyi, ordumuzun igidliyi, cəsurluğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə   yazılan bu möhtəşəm tarixi səhifələr dövlətçilik tariximizin qəhrəmanlıq  salnaməsidir. Təminən 30 ilə yaxın bir müddət idi ki, Azərbaycan xalqı işğalçılıqdan, talançılıqdan, separatizmdən, terrorizmdən, etnik təmizləmədən zərər görürdü. Buna son verməyin zamanı məhz 27 sentyabr günü yetişdi. Cəmi 44 gün ərzində bir xalq olaraq, dövlət olaraq   uzun illərdən sonra ərazi bütövlüyümüzü və  surenliyimizi bərpa edirik. Burada rəşadətli oğullarımızın, qəhrəman şəhid və qazilərimizin misligörünməmiş əməyini vurğulamamaq olmazdı. Məhz onların Ali Baş Komandanımızın dəmir yumruğunun sarsılmaz hissələrinə çevrilməyi nəticəsində belə bir müvəffəqiyyət qazana bildik.  Məhz buna görə də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda, Vətən, Ləyaqət , Şərəf uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım nəinki şəhidlərin ruhuna ehtiramın, həmçinin şəhidlərin doğmalarına həmişəlik böyük münasibətin təcəssümüdür. 
Hamımıza məlumdur ki, Azərbaycanla Ermənistan arasında münaqişənin tarixi təxminən iki əsrə söykənir. Vaxtılə çar Rusiyasının Azərbaycan ərazilərinə erməniləri köçürməsi Qərbi Azərbaycan və Qarabağın dağlıq hissəsində etnik tarazlığı pozdu.  Elə o vaxtlardan da ermənilər xarici dövlətlərdən dəstək alaraq Qarabağda, Qərbi Azərbaycan ərazilərində anti-türk siyasət aparmağa başladılarş  Bu siyasət Azərbaycan toponimlərinin, qədim alban kilsə və monastrılarının dəyişdirilməsindən tutmuş, münbit torpaqların zəbt olunmasına, yerli əhaliyə qarşı diskrimaniya, etnik təmizləməyə qədər gətirib çıxardı. çoxluq təşkil etdikləri ərazilərdə azərbaycanlı icmalarını sıxışdırmağa başladılar. Beləliklə, xalqımız öz tarixi torpağından qaçqın və məcburi köçkünə çevrildi. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə  isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə milyondan çox insanımız soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. 
Erməni millətçi siyasətçi və ideoloqlarının “Dənizdən dənizə” işğal və anti-Azərbaycan siyasəti 1987-ci ildən başlayaraq daha 300.000 azərbaycanlı qovulmasına və minlərlə insanın ölümünə, yaralanmasına gətirib çıxardı. Əlbəttə, türksüz, müsəlmansız Ermənistan yaratmaq kimi mürtəce siyasət 20 faiz torpaqlarımızın işğalına gətirib çıxarmışdı. Təbii ki, BMT-nin məlum qətnamələrinə məhəl qoymayan bu təcavüzkar dövlətin anti-Azərbaycan ritorikasına son qoymaq prosesi məhz 2020-ci ilin müqəddəsləşən 27 sentyabr tarixindən başladı
 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycan yaşayış məntəqələrinə təcavüzkar hücuma keçdi. Buna cavab olaraq, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən Müharibəsinin başlanğıcını qeyd edən əks-hücum əmri verdi. Əlbəttə həmin günləri yadımıza salarkən millətimizin Ali Baş Komandanın  X sosial şəbəkərində paylaşımını, hər çıxışını necə coşqu ilə gözlədiyini yadımıza salsaq görərik ki, hər kəs bir nəfər kimi Ordunun, dövlətin, Prezidentin yanında idi. Hanı ölkədə yaşamasından asılı olmayaraq özünə azərbaycanlıyam deyən hər kəs müzəffər Ali Baş Komandanın ifadə etdiyi “Dəmir yumruğ”un ətrafında birləşmişdi.  Əlbəttə, indi 27 sentyabr günü tariximizin mühüm bir parçasına çevrilmişdir. Çünki məhz bu gün 44 günlük müharibənin parlaq nəticəsinə gedən yolun başlanğıcı idi. Zaman keçəcək amma 27 sentyabr tarixi hər zaman millətimizə baş ucalığı gətirən, qürur yaşadan şanlı keçmiş kimi anılacaqdır.


27.09.2024


[email protected]