ŞUŞANIN AZADLIĞI
















Məmmədov Altay Ələddin oğlu
ADMİU-nin "Aşıq sənəti" kafedrasının baş müəllimi, 
Azərbaycan Aşiqlar Birliyinin sədr müavini, 
filologiya üzrə fəlsəfə doktoru 

Dagıtdı Ordumuz burcu, hasarı,
Yol aldı bir başa Şuşaya sarı.
Nə dərə dedilər, nə dağ dedilər,
Gərəkdi məqsədə cataq dedilər.
Yolumuzu gözləyən Cıdır düzüdür,
Böyük şairlərin söhbət sözüdür.
Hər qarışı bizim ərlər oylağı
Cahanda məhşurdu İsa bulağı
Yazda göz oxşayır çiçəyi,gülü
Darda qoymaq olmaz Xarı bülbülü
Qarabağ üzükdü, Şuşasa qaşdı,
Üç yanı sıldırım qayadı, daşdı.
Ağıllı zəkalar tədbir gördülər,
Qayadan qalxmağa qərar verdilər.
Ürəyi vətənlə döyən oğullar ,
Düşmənin qəddini əyən oğullar,
Qisasın məqamı çatan çağında,
Zülmət bir gecənin qaranlığında,
Sıldırım qayaya kəmənd atdılar,
Böyük hünər ilə ora çatdılar.
Düşmənin gözləri yollarda idi,
 Dərədə, təpədə kollarda idi.
Tanrı düşmənmizə zor eyləmişdi,
Qan örtən gözünü kor eyləmişdi.
İgidlər beləcə tutdu yerini,
Ehamlla duydular biri birini.
Qılınclar qan ilə qını yaşladı
Səsi sonra cıxan savaş başladı.
Gözünü çevirən qaşsız qalırdı,
Başını qaldıran başsız qalırdı.
aşoıt sərkiz deyə haray salmışdı,
Nə baş verir deyə çaş-baş qalmışdı.
Toplar çevrilşıdı Şuşa yoluna,
Görsənən yox idi stvoluna.
Bəs bunlar kimdir ki Şuşa içində
Dalanda, küçədə, döngədə, tində
Sanki ildırım tək keçir durmadan
Erməni görəndə biçir durmadan
İşqalcı nadandan qisas alırdı
Ərən oğullarmız süngü çalırdı
erməni başına yumruq ənirdi
Şuşa yad əllərdən təmizlənirdi
Sirli qüvvələrin vahiməsindən
Düşmən gizlənməyə kol axtarırdı.
Bir igid əlində üçrəngli bayraq,
Suşa qalasına yol axtarırdı.
Vətəni canından əziz tutanlar 
İllərdi buxovlu qolu açdılar
İstər Şəhidlərmiz, Qazilərimiz,
Canları hesabna yolu açdılar.
Düşmənin anası yandı, yaxıldı,
Şuşa qalasına bayraq taxıldı.
Hiyləgər düşməni mat qoydu bu iş
Beləcə Şuşada dəyişdi gərdiş.
Şəhid oğulların ruhu şad olsun,
Yenə nə qan olsun, nə fəryad olsun
Bir də ayıq olaq necəki varıq
Bax onda kədərsiz qəmsiz olarıq!
Bunu ki əzəldən atalar demiş,
Xalqın bir olması nə gözəliymiş.
Ləlim,cəvahirim gövhərim kanım
Yaşasın əbədi AZƏRBAYCANIM



[email protected]