Mehriban Əliyeva- Azərbaycan qadınının gözəlliyinin, nəcibliyinin, mübarizliyinin və dünya görüşünün təcəssümü

Hüseynova Aynur Vahid qızı
ADPU-in İbtidai təhsil fakültəsinin dekan müavini, 
Pedaqojika üzrə fəlsəfə doktoru, baş müəllim


Cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar.
Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Mehriban xanım Əliyeva harada çalışmasından asılı olmayaraq, fəaliyyətinin ilk günündən hər kəsin etimadını doğrultmuş, könüllərdə sönməyən ümid çırağı yandırmış və xalqın tükənməz sevgisini qazanmışdır. Mehriban xanım öz əməlləri ilə insanların ağıl, düşüncə, qəlb və göz yaddaşında heç vaxt silinməyəcək genişmiqyaslı, çoxşaxəli bənzərsiz bir fəaliyyətin müəllifidir. Məhz onun sayəsində Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda mərhəmət və xeyirxahlıq rəmzi kimi tanınıb. 
Təkcə xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla yetmədi, həm də insanları minillər boyu qazanılmış bəşəri dəyərləri qorumağa çağırdı, sivilizasiyalarası dialoqa misilsiz töhfələr verdi. O dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə, inanclara, rənglərə malik insanları dialoqa səslədi…Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə və bütövlükdə gördü. İnsanları güc dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibətlər qurmağa səslədi. Birgə yaşamağın mümkünlüyünü xalqımızın timsalında sübut etdi, ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, ümid yeri olmağın yolunu göstərdi. Mehriban xanımın dünyagörüşündə istənilən vəzifə xidmətdir, xalqına və ölkəsinə şərəf gətirməkdir. Bunun nəticəsidir ki, ölkəmizdə və müxtəlif ölkələrdə, mötəbər beynəlxalq təşkilatlarda ali titullara, mükafatlara və vəzifələrə layiq görüldükcə, O milli və bəşəri dəyərlərə xidmət etməyin simvoluna çevrildi. “Bu gün Mehriban xanım Heydər Əliyev amallarının ideoloji bazası olan Yeni Azərbaycan Partiyasının ən güclü  dayaqlarından biridir. 
Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
 26 avqust Azərbaycan Respublikasının Birinci vitse prezidenti, bütün ruhu, duyğuları və sevgisi Azərbaycan olan Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gün münasibətilə ölkə ictimaiyyəti, eləcə də Azərbaycan qadınları böyük hörmət və ehtiramla Mehriban xanım Əliyevanı təbrik edir, ona xoş arzularını diləyirlər. 

26.08.2024


[email protected]