PEŞƏ BAYRAMINIZ MÜBARƏK, ƏZİZ SƏRHƏDÇİLƏR!
18 AVQUST - DÖVLƏT SƏRHƏD XİDMƏTİ ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMIDIR
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında artıq dünyanın bütün silahlı qüvvələri içində seçilən və örnək olan Azərbaycan Silahlı Qüvvələrinin, hüquq-mühafizə orqanlarının hər bir mənsubu Qalib Xalqın nümayəndəsi olaraq hər zaman qürur yerimizdir. O cümlədən Sərhədçilərimiz bu sıralarda xüsusilə seçilir və çətin, şərəfli peşələrinin öhdəsindən layiqincə gəlirlər.
Əmanəti VƏTƏN olan, quruda, havada və suda dövlət sərhədlərimizin müdafiə və mühafizəsini təmin edən, sərhədlərimizin keşiyində küləkdən ayıq dayanan sərhədçilərimizi başda saytımızın rəhbərliyi olmaqla, kollektivimiz adından təbrik edir, onlara xidməti fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzu edirik!
P.S. Sərhədçilər sırasında bizə doğma olan əməkdaşlarımız, xalqımıza, vətənimizə qələmi ilə xidmət edən dostlarımız da var. Əzizimiz Gülnar xanımın timsalında bu təbriki xüsusi olaraq peşə bayramı ərəfəsində bütün sərhədçilərimizə ərməğan edir, Vətənə qüsursuz xidmətlərinə görə təşəkkür edirik!
Nahidə Aslanqızı
"ictimaifikir.az" xəbər portalının rəhbəri
17.08.2024
[email protected]