Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı, dayağı olan Mehriban xanım Əliyeva

Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent 


Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2017-ci il fevralın 21-də Birinci vitse-prezident kimi ilk çıxışında demişdi: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bəli, bu gün biz Mehriban xanım Əliyevanın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlət başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Bütün bunlar xalqa sədaqətlə xidmət etməyin bariz nümunəsidir.
Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Birinci vitse-prezident Mehriban Əliyevanın ötənilki fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin ən yaxın silahdaşı, dayağı olan Mehriban xanım Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.
2021-ci il Azərbaycanın tarixində olduqca yüksək uğurlarla yadda qaldı. Öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir. 2021-ci ildə respublikamızın əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası olmuşdur. Belə ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qarabağın giriş qapısı adlandırılan Ağdama səfəri, səfər zamanı bərpa işləri, o cümlədən Acdam Cümə məscidinin Heydər Əliykv Fondu tərəfindən bərpa-restavrasiya işlərinin aparılması bir daha Mehriban xanımı Əliyevanın xalqına, dövlətinə sevgisinin təsdiqidir. Həmçinin, Mehriban xanım Əliyevanın ölkə Prezidenti İlham Əliyevlə mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfəri bir daha öz Vətəninə, torpağına bağlılığın təcəssümüdür. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban xanım Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Mehriban xanım Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.
Mehriban xanım Əliyevanın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Bəli, bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə bütün bu işlərində uğurlar arzulayırıq.

07.08.2024


[email protected]