ŞƏFQƏTLİ HƏKİM
Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.
Məhz belə həkimlərimizdən biri də Muxtarova Rəna Niftalı qızıdır. Rəna həkim hər zaman işində və cəmiyyətdə xeyirxahlığı, sadəliyi ilə seçilib sevilir. İnsanlara xüsusi sevgi və hörmətlə yanaşaraq, onların problemlərini rahat şəkildə həll etməyə çalışır. Fəaliyyəti ilə daim kollektivin və ona üz tutan vətəndaşların rəğbətini qazanmağı bacaran Rəna həkimin dediklərindən:
"İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz görülən genişmiqyaslı işlərin nəticəsidir ki, son illər ərzində ölkəmizdə yüzlərlə xəstəxana tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.
Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmnunluğu yaradır".
P.S. Rəna həkim bu yaxınlarda müasir Azərbaycan səhiyyəsinin qurucusu, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq çalışdığı sahədə yüksək səviyyədə səmərəli fəaliyyətinə və xeyirxahlığına görə "Humanist həkim" media mükafatına layiq görülmüşdür. Fürsətdən istifadə edərək bu münasibətlə Rəna həkimi təbrik edir, hər zaman daha böyük uğurlara imza atmağı arzu edirik.
Əziz oxucular, Mahilə Qurbanovanın bu günlərdə qələmə aldığı "Rəna həkimimiz" şeirini sizə təqdim edirik:
RƏNA HƏKİMİMİZ!
Bir telli saz olub coşmaq istərəm,
Söz olub ürəklərə dolmaq istərəm.
Mənə söz verəndə danışmaq üçün,
Sözü həkimlərdən açmaq istərəm.
Həm həkim,həm ana,gözəl bir insan,
Xidmətində yoxdur heç bircə nöqsan.
Mehriban nəfəsi şəfa mənbəyi,
İnsanlar görür ondan hər cür köməyi.
"Hipokrat" andını içib şərəflə,
Xalqa xidmətedir böyük hörmətlə.
Əməyi, zəhməti dünya qədərdir,
Baxışları doğma,üzü gülərdir.
Tanıyır insanlar bu doğma adı,
İşində ayırmaz doğmanı, yadı.
Deyir sağlam olsun Vətən övladı,
Çox yaraşır ona həkimlik adı.
Sən cəmiyyətimizə taleh töhfəsi,
Qorusun Yaradan bu xoş nəfəsi.
Hörmətli ,dəyərli Rəna həkimimiz,
Sizə aiddir şeirimin hər bir kəlməsi!
Müəllif: Mahilə Qurbanova
İctimaifikir.az Xəbər Portalnın rəhbər müavini, müəllim, şairə.
[email protected]