Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.
görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.
Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.
21:21
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda üçüncü qol vurulub.
matçın 56-cı dəqiqəsində Kriştianu Ronaldonun ötürməsindən sonra Bruno Fernandeş topu türkiyəlilərin qapısından keçirib.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
21:04
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
ilk yarıdan sonra Portuqaliya seçməsi 2:0 hesabı ilə qalib gəlir.
Qeyd edək ki, görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
20:50
 
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda birinci hissə başa çatıb.
komandalar fasiləyə Portuqaliya seçməsinin 2:0 hesablı üstünlüyü ilə yollanıb.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
20:33
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda ikinci qol vurulub.
görüşün 29-cu dəqiqəsində Türkiyə millisinin üzvü Samet Akaydın topu öz qapısına göndərib.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
20:25
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.
Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
20:00
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyun başlayıb.
qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.



[email protected]