Milli Ordumuzun yaranması tarixi böyük qürurla qeyd olunur
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü
26 İyun Milli Ordu Günü Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Artıq dördüncü ildir ki, xalqımız Milli Ordu Gününü müzəffər xalqın Müzəffər Ordunun yaranma günü kimi qeyd edir. Bu günü xalqımız qürurla, alnıaçıq, üzüağ bayram edir. Dünyanın ən güclü ordularından biri olan Milli Ordumuz qazandığı bu zəfərlə bir daha Azərbaycan xalqının, onun dövlətinin və onun Liderinin Müzəffər Alli Baş Kamandanının gücünü, əzmini, yenilməzliyini, qətiyyətini, prinsipiallığını, xalqına bağlılığını bir daha sübut etdi. Bu Zəfərlə xalqımız öz Lideri və Milli Ordusu ilə məğlubedilməz Birlik nümayiş etdirdi. Çağdaş dövlətimizin qurucusu, ulu öndərimizin xeyir-duası ilə sağlam təməllər əsasında qurulan Milli Ordumuz öz gücü və qüdrəti Müzəffər Ali Baş Komandanımız, Prezidentim İlham Əliyevin güclü dövlətçilik təcrübəsi və əzmkar siyasi iradəsi sayəsində daha da artdı və yenilməz bir Orduya çevrildi.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında çox mühüm sənəd qəbul edilmişdi. Çox təəssüf ki, Sovet umperializminin “Qızıl Ordusu” Ölkəmizə qarşı işğalçılıq siyasəti ilə Xalq Cümhuriyyəti süquta uğradı. Bu səbəbdən də milli ordu quruculuğu prosesi də yarımçıq qalmışdı. Sözsüz ki, 1920-91-ci illər hər kəsə bəllidir. Respublikamızda Milli Ordunun yaranması da Ümummilli Liderin adı ilə bağlıdır. 1991-93-cü illərdə ölkədəki hərcmərclik səbəbindən ordu quruculuğundan danışmaq mümkün deyil. Əksinə bu sahədə də ölkə xaos dövrünü yaşamışdı və ancaq ayrı-ayrı dəstələr konkret adamlara xidmət edirdi. Məhz ordu quruculuğunda dönüş yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həyata keçirilmişdi. Ulu Öndər hətta Sovet dönəmində, 1969-cu ildə hakimiyyətə gəlişindən sonra da Sovetin sərt şovinist rejiminə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması prosesi ilə başlandı. Bu uzaqgörən şəxsiyyət 1971-ci ildə böyük çətinlikləri dəf edərək, ölkəmizdə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, milli zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Bunun nəticəsidir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndərin zəhməti sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
2003-cü ildən idən isə Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla, müasir dövrün tələbləri çərçivəsində həyata keçirən Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Fəxrlə deyə bilərik ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Məhz həyata keçirilən düzgün strategiya nəticəsində, xüsusən Vətən Müharibəsindən sonra Azərbaycan Ordusu dünyanın ən güclü sırasında yer alır.
22.06.2024
[email protected]