GƏNC HEYDƏRÇİ AYTAC
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Ümumili Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Məhz xalqın istək və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində gəncliyin inkişafında yeni mərhələnin əsası qoyuldu və dövlət gənclər siyasəti nəticələr verməyə başladı.
Bu günlərdə Lənkəran şəhər Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi,Şagird Parlamentinin sədri,Xəbər Portalının Uşaq və Gənclər Birliyinin sədri, "Könlüm keçir Qarabağdan"festival-müsabiqəsində bədii qiraət laminasiyası üzrə respublika qalibi, "Dəmir Yumruq" media medalı laureatı,redaksiyanın
Qardaş ölkə Türkiyədə keçirilən bütün tədbirlərində çıxışlarına və vətənpərvər mövzulu şeirlər söylədiyinə görə "Ankaranın Səsi"adı almış Qurbanova Aytac Azər qızı(Vətənsevər) redaksiyada keçirilən sorğuya əsasən Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr etdiyi məqaləsi ilə "Zirvədəki Azərbaycanlılar"kitabının 23-cü hissəsində yer aldı.Qeyd edək ki,bu Aytac Qurbanovanın sözü gedən kitabda ikinci məqaləsidir ki,yer alır.Bu münasibətlə Aytac Qurbanova
"Gənc Heydərçi" media mükafatına layiq görülüb.
"Gənc Heydərçi" Aytac Qurbanovanı təbrik edir, belə bir vətənpərvər, istedadlı şagird yetişdirdiklərinə görə təhsil aldığı Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin direktoru Aqil Sadiyev başda olmaqla bütün pedoqoji heyyətə təşəkkür edirik!
HAZIRLADI:
İctimaifikir.az Xəbər Portalının rəhbəri, yazıçı
Nahidə Aslanqızı
[email protected]