Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir
ABDULLAYEVA TƏRANƏ QEYİS QIZI
ADPU-NUN BİOLOGİYA VƏ ONUN TƏDRİSİ TEXNOLOGİYASI KAFEDRASININ DOSENTİ
BİOLOGİYA ELMLƏRİ ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Müstəqillik yolunda inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, iyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdur. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itmişdir. Müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xilaskarı Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçiliyi çıxardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdı. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, tolerant, multikultural dəyərlərə böyük töhfə verən, ən əsası qalib ölkə kimi tanınır. Birliyimizin, həmrəyliyimizin möhkəmlənməsi qarşıya qoyulan hədəflərə zamanında nail olmağa əsas yaradır. Müstəqilliyimizin daimiliyi təmin edildi. Ümummilli Liderin ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin edilməsi məsələsi həllini tapdı. Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır. Azərbaycan xalqı Heydər Əliyev irsini müstəqilliyimizin təminatçısı kimi dəyərləndirir.
Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan yol Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi, Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir.
27.05.2024
[email protected]