BÖYÜK ÜRƏKLİ AZƏRBAYCAN QADINI

Bu gün Azərbaycan qadınlarının müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınması, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı, dövlət idarəçiliyində daim fədakarlıq nümayiş etdirməsi və Vətənin müdafiəsi uğrunda döyüş meydanlarında şücaət göstərmələri, həmçinin şəhidlik zirvəsinə yüksəlmələri hər birimizdə qürur hissi yaradır.
Azərbaycan qadınları hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Zaman geçdikcə hərtərəfli biliyə, geniş dünyagörüşə yiyələnən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Elə bu günlərdə doğum gününü qeyd edəcək dəyərli ziyalımız, mehriban ana, qayğıkeş müəllim, ömrünü öz övladları qədər sevdiyi şagirdlərinin savadlı gənclər kimi yetişməsinə həsr etmiş Xanım müəllimə də məhz əsl Azərbaycan qadınına məxsus xüsusiyyətlərə malikdir.Xanım müəllimə uzun müddət çalışdığı bütün kollektivlərdə daim sevilib, hörmət sahibi olmuş, qazandığı uğurları ilə həm ailəsinin, həm də çalışdığı rəhbərliyin etimadını doğrultmuşdur. O, həm də fədakar ana, övladına, ailəsinə bağlı gözəl ürək sahibi ziyalı xanımdır. 
Fürsətdən istifadə edərək, Xanım müəlliməni doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayırıq. Eyni zamanda Xanım müəlliməni "Qalib Lider" media mükafatına layiq görülməsi münasibətilə də təbrik edirik! Uğurlarınız davamlı olsun, əziz müəllimə!


[email protected]