UEFA həftənin ən yaxşılarını açıqlayıb

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/uefa1jpg-1714818693.jUEFA Avrokuboklarda həftənin ən yaxşılarının adlarını açıqlayıb.
İdman.biz xəbər verir ki, Çempionlar Liqasında Vinisius Junior fərqlənib.
Braziliyalı forvard yarımfinalın ilk matçında “Bavariya”nın (2:2) qapısından 2 top keçirib. 
Avropa Liqasında isə “Bayer”in yarımmüdafiəçisi Robert Ayndrix ən yaxşı seçilib. O, “Roma” ilə qarşılaşmada 2-ci qolun müəllifi olub (2:0).
Konfrans Liqasında “het-trik” edən “Olimpiakos”un hücumçusu Ayub El-Kabi ən yaxşı seçilib. O, səfərdə “Aston Villa” ilə 2:4 başa çatan görüşdə 3 qol vurub.
Qeyd edək ki, hər 3 turnirdə cavab matçları gələn həftə keçiriləcək. pg


[email protected]