“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/1714848865278344101_1200x630jpeg-1714851461.jpeghttps://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/1714848865İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
"Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.
Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.
Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.
278344101_1200x630jpeg-1714851461.jpeg


[email protected]