Qalib prezident, Müzəffər Ali Baş Komandan!
RƏHİMOVA İRADƏ CƏFƏR QIZI
Göyçay şəhəri Ə.Q.Qantəmir adına
9 nömrəli tam orta məktəbin müəllimi
Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan. Zaman-zaman parçalanan, parçalandıqca mübarizə əzmi daha da artan azərbaycan xalqı. Bu xalq yalnız sabahına inandığı ideologiyanın arxasınca gedib. 100 illərlə mübarizələr aparıb və çox zaman humanistliyindən istifadə olunaraq itirib. Oğul itirib, ata itirib, qardaş itirib və ən nəhayət torpaq... XXI əsrə növbəti itkilərlə daxil olan xalqımız qazandığı, sabahına inandığı, gələcəyinə ən ali ümidlərlə baxdığı liderlə nəhayət yeni səhifə açmağa başladı. Ulu Öndərimizin Azərbaycana qayıdışı ilə xalqımızın sabaha olan ümidləri artdı. Müstəqillikdən bu yana ölkəmizi uçurumun kənarından xilas edən Ulu Öndərimiz Heydər Əliyevin siyasətinə, ideologiyasına tam olaraq inanan xalq İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. Bugün ölkəmizdə uşaqdan böyüyə hər kəs Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adını eşidərkən fərəh, qürur hissi keçirir. Çünki cənab İlham Əliyev xalqımıza qələbə sevinci yaşadan tarixi şəxsiyyət olaraq beyinlərə həkk olunub. Bugün hər kəs öz Prezidentini sevir, ona inanır və dəstəkləyir. Cənab Prezidentin dediyi kimi 2003-cü ildən Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.
Son dönəmlərdə qazandığı uğurlarla ölkə gəncliyini arxasına alan cənab İlham Əliyev bütün sferalarda ölkəmizin maksimum səviyyədə təmsil olunmasına rəvac verir. 2020-ci ilin payızında əldə etdiyimiz Vətən Müharibəsi zəfəri, ölkəmizin eləcə də liderimizin nüfuzunu böyük ölçüdə artırdı. Bütün yollar Qarabağın azadlığına aparır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Öz haqq yolunda nəhəng dövlətlərinin liderlərinin anti-Azərbaycan cəhdlərinin, danışıqlarının, suallarının və davranışlarının qarşısında dik və məğrur dayanan cənab Prezident İlham Əliyev bu gün dünya liderləri tablosunda özünəməxsus bir yerə sahibdir. Daima milli maraqları ön planda tutan İlham Əliyev Qarabağ məsələsndə sərgilədiyi peşakarlıq və prinsipial, dönməz mövqeyindən doğan cəsarətlə atdığı hər addımda daima uğur əldə etmişdir. Bu gün xalq onun arxasında vahid şəkildə birləşib. Bu gün onun ədalət prinsiplərinin, haqq səsinin ardınca 50 milyona yaxın bir kütlə addımalyır. Vətən Müharibəsi bunu bütün dünyaya göstərdi. Ədalət səsimizi qısmağa, haqqımız olanı almamızı yubatmağa çalışan bütün dünya təşkilatlarına rəğmən savaş qərarı verə bilmə iradəsinə və cəsarətinə sahib olan lider müharibəyə məhz “Mən ata vəsiyyətini yerinə yetirdim” ifadəsi ilə nöqtə qoydu. Bu Cənab Prezident üçün bütün uğurlarını özündə ehtuva edən tale yüklü bir cümlə idi. Hər birimiz o mükəmməl günü, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunma xəbərini verdiyi çıxışı xatırlayırıq. Dolmuş gözlərlə, titrəyən və qürur dolu səsi ilə xalqına 30 ilə yaxın atəşin duyğularla gözlədiyi xəbəri verməyin simasında yaratdığı ucalıq görüntüsü yəqin ki, heç bir azərbaycanlının xatirəsindən silinməz. Özünə miras olaraq vəzifəni, mövqeyi deyil də xalqın 30 illik arzusunun məsuliyyətini seçən bir Prezident təbii ki, lider adını haqq edən bir Prezidentdir. Bu vətən hər zaman öz qəhramanlarının hesabına var olmuş və ayaqda qalmışdır. Qürurverici haldır ki, bu gün Azərbaycan xalqı öz Prezidenti, lideri ilə fəxr edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının QƏHRƏMANIDIR!
Bu gün yenidən Qalib Prezident kimi Ali Baş Komandanımızı təbrik etməkdən qürur duyur, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar diləyirik.
18.02.2024
[email protected]