Müzəffər Ali Baş Komandanı təbrik edirik!

Müzəffər Ali Baş Komandanı təbrik edirik! 
Rəhimova Rəqibə Cəfər qızı   
Göyçay şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının müdiri 
 
Bu gün artıq  tarixə qovuşmuş  Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə  dövlətimizin atdığı addımlar, aparılan sülh danışıqları  Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın ikili standartlara əsaslanan siyasəti ucbatından nəticəsiz qalsa da,  44 günlük savaşda  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu  işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi.  Vətən müharibəsi və postmünaqişə  dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan İlham Əliyevə  xalqımızın  məhəbbətini daha da artırıb.  2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciətində   cənab İlham Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işlərin məhz onun xalqa arxalanaraq  həyata keçirəcəyinə  əminliyini ifadə etmişdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən  cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verdi. Son 18 ildə əldə olunan hər bir uğur verilən vədlərin reallıqda öz əksini tapmasıdır. İllər bir-birini əvəzlədikcə xalqımız 2003-cü ildə etdiyi seçimində  yanılmadığını  görür, Azərbaycanın daha xoşbəxt gələcəyinə inandığını  fəxrlə və qürurla bir daha bəyan edir. Necə ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı ulu öndər Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf etdirdi, dahi liderin  vəsiyyətini yerinə yetirdiyi üçün bu gün xoşbəxdir. Məhz Ulu Öndərin özünün layiqli siyasi varisinə vəsiyyət etdiyi ərazi bütövlüyümüz təmin olundu, Şuşamız azad edildi.
Azərbaycan xalqı öz taleyini zamanında  məhz Prezident İlham Əliyevə etibar etməklə böyük  müdriklik və uzaqgörənlik nümayiş etdirib: «Dövlət başçısının  hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının daha etibarlı qorunmasını, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. İlk gündən «Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan  vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin» vədini verən Prezident İlham Əliyev son 18 ildə bunu əməli işi ilə təsdiqlədi. Hər zaman  vətəndaşının yanında olan ölkə Prezidenti  insan amilinə verdiyi dəyərlə bu gün sivil  dünyanın diqqətindədir. Azərbaycanın adının dünyanın ən islahatçı, xoşbəxt ölkələri sırasında yer alması da  təsadüfi deyil. 
Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan, xalqın rəğbəst bəslədiyi və ardınca getdiyi Liderdir. 44 günlük İkinci Qarabağ müharibəsində böyük  Zəfərimiz möhtərəm  Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tariximizə  qalib  Sərkərdə kimi qızıl hərflərlə yazdı.
Fürsətdən istifadə edərək, ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində qətiyyətli qələbə çalan Müzəffər Ali Baş Komandanı təbrik edirik! 
 
08.02.2024



[email protected]