Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent
Prezident İlham Əliyev dünya siyasətçiləri içərisində unikallığı ilə seçilir. Əsl peşəkar siyasətçi, böyük lider, səmimilik, dürüstlük, qətiyyətlilik kimi anlayışlar İlham Əliyevin xarakterində vəhdət şəklində birləşib.
İlham Əliyev həm də qalib sərkərdədir, Ali Baş Komandan kimi onun üzərinə düşən vəzifələri icra etməsi dünyada heyrət yaradıb. Çünki müasir dövrdə torpaqları işğaldan azad etmək, ərazi suverenliyini bərpa etmək hər siyasətçiyə nəsib olmur.
İlham Əliyev isə uzaqgörənliyi, müstəqil siyasəti, özünün dediyi kimi, nəyi nə zaman etməyi bilməsi ilə Azərbaycanı dünya arenasına alnıaçıq, üzüağ çıxarır.
Prezident İlham Əliyev müstəqil Azərbaycanı güclü şəkildə inkişaf etdirdi, onun ərazi bütövlüyünü, suverenliyini təmin etdi.
İlham Əliyevin qurduğu bütöv və tarixin ən güclü Azərbaycanı bu gün regionda lider dövlətə çevrilib.
Bu o qədər də asan başa gəlməyib, İlham Əliyev Azərbaycanı oyunçu səviyyəsinə çatdırmaq üçün çox gərgin əmək sərf edib.
Bunları nəzərə alsaq, Prezident İlham Əliyevin dünya səviyyəli siyasi xadim, uzaqgörən, prinsipial, qətiyyətli siyasətçi, vətənpərvər, xalqı üçün yaşayan şəxsiyyət olduğu sübuta yetirilmiş olur.
Azərbaycan qalibdir, işğala qarşı mübarizədə Zəfər qazanıb. Bu, region üçün də əhəmiyyətlidir. Regionda sülh istəyən dövlətlər İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
Azərbaycan xalqı da İlham Əliyevin siyasətinə dəstək verir. Xüsusilə, İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəstək daha da ədəbiləşdi.
Və biz də qürurlu xalqın nümayəndəsi olaraq cənab Prezidentimizi növbəti dəfə seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edir, xalq olaraq hər zaman daimi dəstəyimizi bildirmək istəyirik.
08.02.2024
[email protected]