Azərbaycanda prezident seçkiləri: xalqın qələbəsi və xalq üçün qələbə

Dünya mediası Azərbaycandakı seçkilərdən və Prezident İlham Əliyevin qələbəsindən yazır


Dünya mediası fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqət mərkəzində saxlayıb və dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsindən yazıb.


Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi haqqında operativ xəbərlər Türkiyənin Anadolu İnformasiya Agentliyində, Macarıstanın ingilisdilli xəbər portalı "Daily News Hungary”, "Origo”, "Magyar Nemzet”, "Demokrata” və digər mətbuat orqanlarında yayılıb. Beynəlxalq internet nəşri olan "Breaking News Network Worldwide” isə "Azərbaycanda seçkilərdə yüksək seçici fəallığı: xalq üçün qələbə” sərlövhəsi ilə məqalə dərc edib.


[email protected]