SON XƏBƏRLƏR
Masazırda istixanada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 kvadratmetr olan qazanxanada baş vermiş yanğının genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd suqızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 poqonometr istilik sisteminin izolyasiyası, 30 poqonometr elektrik kabelləri və 5 kvadratmetr sahədə müxtəlif avadanlıqlar yanıb.

Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.




[email protected]