Saatlı və Sabirabadda maqnitudası 5 olan zəlzələ qeydə alınıb - YENİLƏNİB

Yanvarın 19-da Saatlı və Sabirabad rayonlarının sərhədində zəlzələ baş verib. Saat 22:05-də qeydə alınan yeraltı təkanların maqnitudası 5-ə bərabər olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Ocağı 61 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Saatlı və Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam və Neftçala rayonlarında 4-3 bala qədər hiss olunub.

 

22:50

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, yanvarın 19-da yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 kilometr dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

 

22:19

Azərbaycanda zəlzələ baş verib. Saat 22:05-də qeydə alınan yeraltı təkanların maqnitudası 5,1-ə bərabər olub.

Bu barədəAzərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar bəzi rayonlarda hiss olunub.




[email protected]