SON XƏBƏRLƏR
Yüngül atletika üzrə dünya çempionu vəfat edib

Kanadalı yüngül atlet Şon Barber 29 yaşında tibbi fəsadlar səbəbindən dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə Akron Universitetinin (ABŞ) atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.
"İdmançının bir müddətdir ki, xəstəlik səbəbindən səhhətində problemlər yaşanıb. O, Kinqsvuddakı (ABŞ) evində dünyasını dəyişib", - məlumatda bildirilib.
Qeyd edilir ki, şüvüllə tullanma üzrə idmançı 2015-ci il dünya cempionatının qalibi olub. O, bu idman növü üzrə dünya çempionatında Kanada komandasına ilk medalı qazandırıb. 2016-cı ilin yanvarında qapalı yarışda 6,00 m-lik nəticə əldə edərək ölkə rekordunu qırıb. 2016-cı il Olimpiadasında Şon Barber 10-cu yeri tutub.


[email protected]