Novak Cokoviç "Böyük Dəbilqə" turnirlərinin tarixinə düşüb

Serbiyalı Novak Cokoviç hər "Böyük Dəbilqə" turnirində 100 oyun keçirən ilk tennisçi kimi tarixə düşüb.
"Report" xəbər verir ki, argentinalı Tomas Martin Etçeverri ilə Avstraliya Açıq çempionatının üçüncü turunun qarşılaşması onun üçün yubiley matçı olub.
Cokoviç "Uimbldon"da 103, "Rollan Qarros"da 108, ABŞ Açıq çempionatında 101 oyun keçirib. 36 yaşlı serbiyalı Avstraliya Açıq çempionatının 10 qat qalibidir. 





[email protected]