SON XƏBƏRLƏR
Türk milli qurtuluş hərəkatının lideri Böyük Atatürkün dövlətin ərazi bütövlüyünün təmini üçün göstərdiyi hərbi və siyasi qətiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 100 il sonra bir daha türk gücü olaraq ortaya qoyuldu

2 əsr əvvəl iki yerə bölünərək şimal hissəsi işğal olunan, keçən əsrin  əvvəllərində isə dövlətçiliyini bərpa edən və yenidən itirən Azərbaycan 70 ildən sonra taleyin hökmü ilə müstəqilliyinə qovuşdu. Elə bəla da onda idi ki, xalqımızın yaxınlaşan istiqlalını boğmaq istəyən qüvvələr "Dağlıq Qarabağ” adlı uzunsürən oyuna başladılar. Tarixi Azərbaycan torpaqlarında yaradılmış oyuncaq Ermənistan əzəli vilayətimiz olan, etnik ermənilərin köçürülüb məskunlaşdırıldığı Qarabağa sahiblənmək üçün illərdən bəri davam edən iddialarını hərbi təcavüz səviyyəsinə qaldırdılar. Beləliklə, müstəqilliyin ilk addımında lazımi ordusu, milli birliyi, kənar dəstəyi olmayan Azərbaycan o zamankı bacarıqsız və xəyanətkar rəhbərlərin naşı siyasəti nəticəsində düşmən qüvvələrin səlib yürüşü qarşısında tənha qalaraq Qarabağı erməni millətçilərinə təslim etməli oldu.
Dünya, onu idarə edən xristian klubları bu ədalətsizliyə – tarixi ərazilərimizin 20 faizinin işğal edilməsinə, 1 milyon dinc insanın Qərbi Azərbaycandan və Qarabağdan vəhşicəsinə qovulmasına açıq-aşkar göz yumdu. Türk-müsəman xalqlarını son nəfərinədək qırmağa hazır olan erməni toplumunun dövlət siyasətinə çevrilmiş bu misilsiz basqısı 30 il müxtəlif üsullarla himayə edildi və yaşadıldı. 
Lakin dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin varlığı və xalqı bu bəladan xilas etmək üçün böyük siyasətə qayıdışı düşmən qüvvələrin planlarını pozdu. Xalqın tələbi və fəlakət qarşısında dirənişi ilə hakimiyyətə gətirilən Ulu Öndər ilk növbədə Azərbaycanın itirilməkdə olan müstəqilliyini qorudu, ərazilərimizin geri qaytarılması yolunda zəruri əsaslar yaradılması üçün bütün qüvvələri və imkanları müqəddəs mübarizəyə səfərbər etdi.
Prezident Heydər Əliyev çox böyük ustalıqla ordu quruculuğu prosesinə başlamaqla ölkəmizin gələcək hədəflərini müəyyənləşdirdi. İqtisadi müstəqilliyin təmin edilməsi müdafiə qüdrətinin də möhkəmlənməsinə imkan yaratdı. Müstəqil dövlət quran, güclü ordu yaradan və özündən sonra xalqı uğurlara doğru aparacaq davamçısını yetişdirən Ulu Öndər əbədiyyətə qovuşsa da, onun mübarizəsi daha qətiyyətlə və iri planda davam etdirildi. Bu mübarizənin komandanı Prezident İlham Əliyev oldu. Ümummilli lider yaxşı bilirdi ki, xalqın taleyini yalnız İlham Əliyev dəyişə, tamamlaya bilmədiyi mütərəqqi işləri o həyata keçirə bilər. Böyük Heydər Əliyevin bu inamı və uzaqgörənliyi sonrakı 20 ildə özünü tam şəkildə doğrultdu.
Qarabağ problemini Ulu Öndərin istədiyi kimi sülh yolu ilə həll etmək niyyətini səmimi şəkildə ortaya qoymaqla, əslində, Prezident İlham Əliyev də Ermənistana tarixi şans vermiş oldu. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını danışıqlar masasında qətiyyətlə bildirən Prezident İlham Əliyev qəti surətdə bəyan etdi: 
Bir qarış torpaq güzəşti belə müzakirə mövzusu ola bilməz!
Beləliklə, bir neçə gündən sonra üçüncü ili tamam olacaq, şərəf və qəhrəmanlıq tariximizə çevrilmiş, qəlbimizə, yaddaşımıza 44 günlük zəfər yürüşünün başlanğıcı kimi yazılmış 27 sentyabrda müqəddəs Qarabağ savaşına start verildi. Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlanan  Vətən müharibəsi Ermənistanın rüsvayçı kapitulyasiyası və rəzil məğlubiyyəti ilə nəticələndi. Dünya müzəffər komandan, siyasi lider İlham Əliyevin zəka və qətiyyətinə, hərbi sərkərdəliyinə heyran qaldı.
Vətəni İlham Əliyev kimi sevmək, qorumaq kimi unikal dəyərlər çağdaş dünyada yeni bir örnəyə çevrildi. Ölkənin milli maraqlarını mükəmməl bir milli lider kimi təmin edən Müzəffər Ali Baş Komandan Azərbaycan üçün Zəfər tarixi, həmçinin qəhrəmanlıq epopeyasını yazdı, tarixdə itirilmiş torpaqları geri qaytaran ilk rəhbər şərəfi qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın milli həmrəylik, birlik rəmzi olan "Dəmir yumruğ”un zərbəsi altında pərən-pərən olan düşmənə Azərbaycan növbəti şans verdi. Lakin xislətinə uyğun olaraq erməni millətçiləri verilən şansa tarixi torpaqlarımızda  separatçı rejimin seçki tamaşası, ərazilərimizin minalanması və qanunsuz hərbi birləşmələri ilə mövqelərimizin  davamlı olaraq atəşə tutması ilə cavab verdi. Belə olan təqdirdə mövcud vəziyyət onu diqtə etdi ki, Azərbaycan özünün suveren hüquqlarının müdafəsinə qalxsın.
Qütblərə bölünmüş dünyanın xristian qanadını təmsil edən, erməni sevgisini açıq şəkildə ifadə edən qüvvələrin beynəlxalq hüquqa sayğısızlıq göstərərək Ermənistanı müdafiə etdiyi bir vaxtda,  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Qarabağ bölgəsində lokal antiterror əməliyyatına başladı. Ölkəmizin düşmənlərinin  "boz” görmək istədiyi "zona”dakı separatçı qanunsuz birləşmə təxminən, 24 saata darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur oldu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyəti və əzmi ilə başlanan lokal antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi.
Qalib sərkərdə xalqa müraciət etdi, onu bu tarixi qələbə ilə bağlı müjdələdi. Gələcək hədəflərlə bağlı öz xalqını məlumatlandıran lider onu Qarabağdakı 35 illik hərbi-siyasi  girovluqdan xilas edilən dinc erməni əhalisinin yaşadığı ölkəyə yenidən bağlanmasına kömək etməyə çağırdı. 
Liderin öz xalqına yaşatdığı xoşbəxtlik bax budur. Bu həm də Ümummilli Lider Heydər Əliyevin bizə ən böyük əmanəti olan müstəqil Azərbaycanın Qarabağda pozulmuş suverenliyinin bərpası oldu. 
Türk milli qurtuluş hərəkatının lideri Böyük Atatürkün dövlətin ərazi bütövlüyünün təmini üçün göstərdiyi hərbi və siyasi qətiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 100 il sonra bir daha türk gücü olaraq ortaya qoyuldu. 
Qarabağ Azərbaycanın idi, Azərbaycanın da oldu!
 
Fürsətdən istifadə edərək, Müzəffər Ali Baş Komandanı ad günü münasibəti ilə təbrik edir, can sağlığı, uğurlar arzu edirik! 
 Türk milli qurtuluş hərəkatının lideri Böyük Atatürkün dövlətin ərazi bütövlüyünün təmini üçün göstərdiyi hərbi və siyasi qətiyyət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 100 il sonra bir daha türk gücü olaraq ortaya qoyuldu
Canalıyev Süleyman Vəkil oğlu 
Yardımlı rayonu Köryədi kənd İ.N.Sadıqov adına ümumi orta məktəbinin fizika müəllimi,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı sektorunda fəaliyyət göstərən
psixoloji tibbi pedaqoji komissiyanın sədri, "Zəfər” media medalı mükafatı laureatı





[email protected]