Qalib Sərkərdə cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!

İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olmuşuq. Bu uğurlar sayca və keyfiyyətcə o qədər çoxdur ki, burada yalnız kiçik bir qismini sadalaya bilərik. Elə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə görülən möhtəşəm işlərə qısaca diqqət yetirsək, kifayət edər. Postmünaqişə dövründə Azərbaycan makroiqtisadi sabitliyi qoruyub saxlayıb, iqtisadi artım bərpa olunub. 2021-ci ilin elə ilk ayından başlayaraq işğaldan azad edilmiş ərazilərimizdə başlanılan sürətli və çoxşaxəli işlər müxtəlif istiqamətləri əhatə edir: minalanmış ərazilərin təmizlənməsi, Füzulu, Laçın və Zəngilan beynəlxalq hava limanlarının, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, 30 illik fasilədən sonra Şuşada Xarıbülbül festivalının keçirilməsi, Zəngilan rayonunda "ağıllı kənd” layihəsinə başlanılması və soydaşlarımızın Ağalı kəndinə köçürülməsi və s. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları fəaliyyətə başlayıb. Ölkə rəhbərliyinin təşəbbüsü və iştirakı ilə möhtəşəm işlər davam edir, düşmən tərəfindən tamamilə dağıdılmış şəhər, kənd və qəsəbələrimiz yenidən abadlaşdırılır, hətta əvvəlkindən daha gözəl olur.
Prezidentin ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti haqqında müqavilələrin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qazının Avropaya birbaşa nəqlini hədəfləyən "Şahdəniz-2”, TANAP və TAP kimi yeni transmilli layihələr dünyanın ən iri və perspektivli enerji layihələrindən sayılmaqdadırlar”.
Alimin fikrincə, siyasi sabitliyin, iqtisadi tərəqqinin bərqərar olduğu ölkəmizdə bir-birini əvəz edən və ən qüdrətli dövlətləri belə heyrətləndirən nailiyyətlərin qazanılması Azərbaycanda idarəetmə sisteminin planlı surətdə düzgün təşkil olunmasının göstəricisidir: "Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması ölkəmizin rəhbərinin daim diqqət mərkəzində olub.
Хalqın öz Prezidentinə olan böyük etimadı əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm inkişaf strateji istiqаmətinin bütünlüklə dəstəklənməsi deməkdir. Bu kursun qətiyyətlə davam etdirilməsi hazırda çağdaş dünyanın daha çox inkişaf etmiş demokratik sisteminə fəal inteqrasiya edən cəmiyyətimizin həyatının bütün sahələrinin modernləşməsinin təmin olunmasında yetərincə mühüm amildir.
"Əminik ki, Prezident İlhаm Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası təlatümlü, bütün bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən bir dövrdə Qərb və Şərq sivilizasiya sistemlərini birləşdirən etibarlı körpü olaraq yeni-yeni uğurlar qazanacaq. Çünki Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Onun daxili və xarici siyasətini, ideyalarını Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasəti, əldə etdiyi tarixi nailiyyətləri artıq 20 ildir ki, ölkədə dayanıqlı inkişafı, iqtisadi tərəqqini, ictimai-siyasi sabitliyi təmin edir, xalqın rifah halının yüksəldir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur, dünya miqyasında Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaşlığını təsdiq edir.
 
Fürsətdən istifadə edərək, Qalib Sərkərdə cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik! Tanrı Sizi qorusun!
 Qalib Sərkərdə cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!
Sücəddin Əbdülov 
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan
Zond Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali 
dərəcəli sertifikat almış reanimatoloq, 
"Tərəqqi” medallı, "İlin həkimi”, "Heydər Əliyev - 98” media medalı mükafatları laureatı




[email protected]