Cənab Ali Baş Komandanı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, xalqa sədaqətli, şərəfli xidmət yolunda uğurlar diləyirik!

20 il əvvəl, 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədini verən İlham Əliyev qısa zaman kəsiyində bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etdi. Bunu biz deyil, dünyanın aparıcı dövlətləri, siyasətçiləri, nüfuzlu media orqanları da təsdiqləyir.
20 ilin nəticələri göz önündədir. Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs vermişdi və ötən illər də göstərdi ki, onlar seçimlərində yanılmayıblar. İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
"Azərbaycanın iqtisadiyyatı güclü olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisi ilə respublikaya rəhbərliyə başlayan, ölkənin inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatlar, ordu quruculuğu, məhkəmə sisteminin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə birbaşa bağlı olduğunu zərgər dəqiqliyi ilə bildirən İlham Əliyevin sərəncamları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası, islahatların geniş sferada həyata keçirilməsi nəticəsində ölkəmizdəki dinamik inkişaf başqalarına nümunə kimi göstərilir.
İkinci Qarabağ müharibəsi 30 illik işğal, təcavüz, təqib, münaqişəyə son qoymaqla yanaşı, xalqa milli qürur hissini qaytardı. Qalib dövlətin vətəndaşı olmaq sevincini sadəcə sözlə ifadə etmək olmur. İlham Əliyev xalqa özünün Qələbə gününü qeyd etmək şərəfini nəsib etdi. Tək bu uğur onu Azərbaycan xalqının əbədi liderinə çevirib. Bu qələbə ilə Prezident İlham Əliyev tək Ümummilli Liderin deyil, milyonlarla insanın arzusunu reallaşdırmış oldu. İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu və Azərbaycan xalqı təsəvvüredilməz qürur və sevinc hissləri yaşadı. Bu qürurlu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli ordumuzdur. Həqiqətən də, bu Qələbə tək Azərbaycanda, regionda deyil, bütövlükdə dünyada əks-səda doğurdu. Bu qələbə separatizmdən, ərazisinin işğal olunmasından əziyyət çəkən xalqlarda, dövlətlərdə ümid yaratdı, insanlarda mübarizə ruhunu yüksəltdi.
 
Fürsətdən istifadə edərək, cənab Ali Baş Komandanı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, xalqa sədaqətli, şərəfli xidmət yolunda uğurlar diləyirik!
 Cənab Ali Baş Komandanı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, xalqa sədaqətli, şərəfli xidmət yolunda uğurlar diləyirik!

YEGANƏ BAXŞƏLİYEVA

Bakı şəhəri, general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin 

riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", "Azərbaycan bayrağı", "Zəfər",

"Qabaqcıl təhsil işçisi", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi", "Sadiq Heydərçi" mükafatları laureatı





[email protected]