Allah Sizi qorusun, cənab Prezident, xalqının Qalib Sərkərdəsi!

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalqa çevrildi. Dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan olduq. Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu. Bizik artıq Qarabağın əsl sahibi, əsl yiyəsi. Qarabağ bizim idi, bizim də oldu! Artıq kimsə onu bizdən ala, ayıra, qopara bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq. İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik!
Tarixi və müqəddəs Zəfərdən sonra Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə, Böyük qayıdışa start verildi. Qələbəmizdən cəmi günlər sonra Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizə tarixi səfərləri başladı. Hər bir səfər də düşmən üzərində daha bir Qələbə və Zəfər oldu. Düşmənə hər mənada gözdağı verildi, tarixi açılışlar baş tutdu.
Hər daim bizim yanımızda olan, öz dəstəyini heç zaman əsirgəməyən qardaş və dost Türkiyənin və onun dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə çox mühüm addımlar atıldı, tarixi Şuşa Bəyannməsi imzalandı. Bununla bir daha dünyaya dostluq və qardaşlığımızın, birlik və bərabərliyimizin sarsılmazlığı mesajı verildi. Bir daha mesaj verildi ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı sarsılmazdır, dönməzdir, əbədidir, daimidir. Bəli, biz artıq Qalib dövlət, Qalib millətik. Və bir Qalib dövlət, Qalib millət olaraq bundan sonra da növbəti Qələbə və Zəfərlərə imza atacağıq. Bacardıq, bacarmışıq, bacarırıq və bacaracağıq!
Yeri gəlmişkən, dekabrın 24-də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür.  Bu əlamətdar gün münasibəti ilə Onu təbrik edir, Azərbaycan naminə fədakar fəaliyyətində dövlət başçımıza növbəti uğurlar, müvəffəqiyyətlər arzulayıram. Cənab Prezident tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Bütün uğurlarımızla yanaşı, tarixi Qələbə və Zəfərimizə görə də Müzəffər Ali Baş Komandanımıza minnətdarıq.
Allah Sizi qorusun, cənab Prezident, xalqının Qalib Sərkərdəsi!
Allah Sizi qorusun ki, Siz də Azərbaycanı, dövlətimizi, xalqımızı qoruyun! Öz iradənizlə, öz əzminizlə, öz qətiyyətinizlə, öz cəsarətinizlə, öz dəmir iradənizlə! Bir daha Sizi təbrik edir, bir daha Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram!
 Allah Sizi qorusun, cənab Prezident, xalqının Qalib Sərkərdəsi!
İskəndərova Kəmalə Osman qızı
ADPU -nun Analitik və üzvi kimya kafedrasının dosenti
 
22.12.2023




[email protected]