Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır

 
 Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır
Müasir və müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillərin müstəsna rol oynaması sirr deyil. Lakin bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ulu Öndərimiz çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına yorulmadan, əzmlə və qətiyyətlə xidmət edib. Azərbaycan məhz Onun rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, Onun hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi.Eyni zamanda, müstəqillik dövründə, daha dəqiq desək, ikinci dəfə əldə edilən müstəqilliyimizin itirilmə təhlükəsi yarandığı bir zamanda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi.Xüsusi amillərdən biri də Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis edilməsi və bu partiyanın qısa müddət ərzində xalqın dəstəyi ilə hakimiyyətə gəlməsidir. Bütün bu reallıqlar, bütün bu gerçəkliklər bu günün güclü, qüdrətli Azərbaycanımızın inkişafıdır.Məhz Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Əbəs deyil ki, bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq dəyərləndirilməkdədir. Bu gün məhz Onun əbədi ideyaları ölkəmizin davamlı tərəqqisinə öz töhfələrini verməkdədir. Ölkə başçımız, partiyamızın Sədri cənab İlham Əliyev bu ideyaları Azərbaycan xalqı ilə birgə gerçəkləşdirir, həyata keçirir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar lider olaraq hər birimizin qəlbində yaşamaqdadır.Son olaraq, onu da qeyd etmək istərdim ki, bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
 
 
Niyaməddin Məmmədov 
Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,
"İlin fəal bələdiyyə sədri”, "Vətənpərvər bələdiyyə sədri”,
"Heydər Əliyev - 98” media medalı mükafatları laureatı





[email protected]