SON XƏBƏRLƏR
Prezidentdən Naxçıvanla bağlı - Sərəncam

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.

 Prezidentdən Naxçıvanla bağlı - Sərəncam

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi 655 ştat vahidindən 757-ə çatdırılıb. 

Həmçinin, dövlət xidmətinin tərkibində Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb. 

,


[email protected]