SON XƏBƏRLƏR
Səudiyyə Ərəbistanının şirkəti “yaşıl hidrogen” istehsalı üzrə 8,4 milyard dollarlıq kontraktlar imzalayıb

Səudiyyə Ərəbistanının NEOM Yaşıl Hidrogen Şirkəti (NGHC) 23 yerli, regional və beynəlxalq bank və investisiya firması ilə ümumi investisiya dəyəri 8,4 milyard dollar olan "yaşıl hidrogen” istehsalı obyektinin tikintisi ilə bağlı maliyyə sənədləri imzalayıb.


"Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, şirkət, həmçinin "Air Products” kompaniyası ilə zavodun mühəndisliyi, tədarük və tikintisi (EPC) üzrə 6,7 milyard dollarlıq müqavilə bağladığını bildirib. Şirkətin açıqlamasında deyilir ki, "ACWA Power”, "Air Products” və NEOM arasında birgə müəssisə olan NGHC 2026-cı ilin sonuna qədər 4 GVt günəş enerjisindən istifadə etməklə gündəlik 600 ton karbonsuz hidrogen istehsal edəcək.

Şirkət istehsal edəcəyi bütün "yaşıl ammonyak” üçün "Air Products” ilə eksklüziv 30 illik off-take müqaviləsi bağlayıb.




[email protected]