SON XƏBƏRLƏR
Mövzu: Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət, qayğı

Mövzu: Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət, qayğı   
Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır . Dahi şəxsiyyət , ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır . Azərbaycan dili də öz möhtəşəmliyi , rəngarəngliyi ilə seçilir .

«Söz var insan yaşadır , söz var insanı yaşadır …

"Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir . Mən həmişə fəxr edirəm ki, mən Azərbaycanlıyam”.. Bu hikmətli kəlamı eşitdikdə kimdən bəhs olunduğunu dərhal anlıyırıq. Bu fikir ulu öndər Heydər Əliyevin imzasında aforizmləşmiş və güclü məna qazanmışdır . Ümummilli liderin natiqlik məharətindən danışmamışdan öncə onun Azərbaycan dilinə olan münasibətinə nəzər yetirək . Dövlətimiz müstəqillik qazanandan sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin çiçəklənmə dövrü başladı . Bütün inkişaf sahələrində olduğu kimi təhsil sistemimizdə də canlanma dövrü başladı . Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin birbaşa qayğısı və səyi nəticəsində Azərbaycan təhsili gündən -günə sürətlə inkişaf etməyə başladı .

Milli -mənəvi sərvətimizdən , mənəviyyatımızdan bəhs olunanda , ilk növbədə ana dilimiz yada düşür. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq , inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur . Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada zəmanəmizin ən böyük siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir :"Xarici dil bilmək , əlbəttə ki, lazımdır, vacibdir . Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar . Bu müasir dünyanın tələbidir . Amma ən əsası odur ki, hər bir Azərbaycanlı öz ana dilini-Azərbaycan dilini , dövlət dilini mükəmməl bilməlidir .” Dilin hərtərəfli inkişafı, zənginləşməsi , yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır . Heydər Əliyev Azərbaycan dilinin inkişafında , yüksək tribunalardan duyulmasında xidməti olan insanları "Xalqın böyük övladları ” adlandırmışdır. Heç tərəddüd etmədən deyə bilərik ki, Heydər Əliyev də xalqın böyük övladlarındandır . Dahi şəxsiyyət doğma dili olan Azərbaycan dilini mükəmməl bilirdi və istəyirdi ki , hər kəs dilimizin incəliklərini , zəriflikləri ilə tanış olsun . Heydər Əliyev ana dilini bildiyi kimi rus dilini də mükəmməl bilirdi. Hətta onun rus dilində danışığına , nitqlər söyləməsinə rus ziyalıları özləri də heyrət edirdilər . Lakin o, heç zaman kütlə qarşısında olan çıxışlarında rus dilində olan ifadələrdən istifadə etməzdi . O, öz adını görkəmli bir natiq kimi silinməz izlərlə tarix səhifəsinə yazmışdı . Heydər Əliyev və Azərbaycan dili dedikdə ilk bu sözlər yada düşür :"Dilimiz çox zəngin və ahəngdar dildir və dərin köklərə malikdir . Şəxsən mən öz ana dilimi çox sevir ve bu dildə danışmağımla fəxr edirəm. Elə bu kəlmələrdən də göründüyü kimi o, öz ana dilinə çox bağlı bir insan olmuşdur . Ümummilli lider Heydər Əliyevin həyata geçirdiyi dil siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir . Təqdirəlayiq haldır ki , ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbyacn Prezidenti İlham Əliyev doğma dilimizə böyük həsasslıqla yanaşır . "Bizim üçün tarixi bir amil var: Azərbaycançılıq, özümüzün adı var -Azərbaycan . Özümüzün dili var-Azərbaycan dili və çox da gözəl dilimiz var . Çox belə ləzzətli dilimiz var . Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir . Millətin milliliyini saxlayan onun dilidir.”

Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik". Ana dili milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu, coğrafi mənzərəsini hifz edib saxlayır.
Azərbaycan dilinin ölkənin dövlət dili kimielanedilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox böyükxidmətləriolmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev, ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, yüksək dövlət səviyyəsində aparılan müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı.
1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.
1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış ümummilli Lider Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.


 

Rəksanə Həsənova

ADPU-nun İbtidai təhsil fakültəsinin2 ci kurs tələbəsi





[email protected]