Ulu Öndər Azərbaycanı parçalanmaq yox olmaq təhlükəsindən xilas etdi

Dahilik, zaman və müasirlik Ulu öndər həm dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə dəyərləndirilir. Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan 18 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər Birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə gələn Ulu Öndər Azərbaycanı parçalanmaq yox olmaq təhlükəsindən xilas etdi.
2020-ci ildə qazanılan tarixi Zəfərimiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamıdır.  28 ildən sonra insanların doğma Qarabağımıza qayıdışı məhz Ümummilli Liderimizin siyasi kursunun təntənəsidir. Torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında gerçəkləşmişdir. Dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində belə demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsi İlham Əliyev xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb, Azərbaycanda müstəqilliyin dayaqlarını  möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin etmişdir. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etmişdir. Bu gün Azərbaycan Respublikası Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Çoxəsirlik Azərbaycan xalqının qəlbində Heydər Əliyev dühası daima yaşayacaq, nə qədər ki, bu millət var, Heydər Əliyev şəxsiyyəti də əbədiyyən böyük sevgi və ehtiramla yad ediləcəkdir.
***
Ulu Öndər Azərbaycanı parçalanmaq yox olmaq təhlükəsindən xilas etdi


Aprelin 14-də Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.
Ulu Öndər Azərbaycanı parçalanmaq yox olmaq təhlükəsindən xilas etdi
Tədbirdə Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayonun qabaqcıl ziyalıları, şəhid ailə üzvləri, qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
 Ulu Öndər Azərbaycanı parçalanmaq yox olmaq təhlükəsindən xilas etdi
Əliyeva Sevinc Ələkbər qızı
Lənkəran rayonu Qadir Zeynalov adına
Darquba kənd tam orta məktəbin Azərbaycan  dili və ədəbiyyat müəllimi 



[email protected]