SON XƏBƏRLƏR
Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısı

Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısı 
Canalıyev Süleyman Vəkil oğlu
Yardımlı rayonu İ.N.Sadıqov adına Köryədi kənd 
ümumi orta məktəbinin fizika müəllimi,
Yardımlı Təhsil sektorunda Psixoloji-Tibbi-Pedagoji Komissiya sədri, 
"Heydər Əliyev-100” medalı media mükafatı laureatı

 Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısı 
Mən Canalıyev Süleyman Vəkil oğlu 1961-ci il dekabr ayının 26-da Yardımlı rayonunun Köryədi kəndində anadan olmuşam. 1969-cu ilin sentyabr ayında Köryədi kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1979-cu ildə Köryədi kənd orta məktəbinin 10-cu sinfini müvəffəqiyyətlə bitirmişəm. 1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Ümumi texniki fənlər” fakultəsinə daxil olmuşam və 1983-cü ildə universiteti "Ümumi texniki fənlər” ixtisası üzrə bitirmişəm. 1983-cü ildə təyinat üzrə əvvəlcə Vəlixanlı kənd orta məktəbində, sonra isə Köryədi kənd orta məktəbində "Fizika müəllimi” kimi fəaliyyət göstərib, uşaqların təlim tərbiyəsi ilə məşğul olmuşam. 1992-1997-ci illərdə İ.N.Sadıqov adına Köryədi kənd ümumi orta məktəbində direktor müavini vəzifəsində işləmişəm. İşlədiyim müddət ərzində dəfələrlə Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi tərəfindən "Fəxri fərman”-la təltif olunmuşam. "Fizika” fənni üzrə rayon və zona olimpiadalarında komissiyanın üzvü olmuşam.1998-ci ildə Azərbaycan Baş Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlama İnstitunun "Psixologiya” fakultəsini bitirmişəm. Həmin ildən İ.N.Sadıqov adına Köryədi kənd ümumi orta məktəbində fizika müəllimi işləməklə bərabər praktik psixoloq vəzifəsində çalışımışam. Eyni zamanda 1998- ci ildə Yardımlı rayon Təhsil şöbəsi yanında fəaliyyət göstərən "Psixoloji Tibbi Pedoqoji Komissiyada komissiya üzvü kimi” fəaliyyət göstərmişəm. Psixoloq kimi işlədiyim dövrdə Azrəbaycan Psixoloqlar Assosasiyası tərəfindən "Fəxri fərman”-la təltif olunmuşam. Hal-hazırda İ.N.Sadıqov adına Köryədi kənd ümumi orta məktəbində "Fizika” fənni üzrə müəllim işləməklə bərabər, Yardımlı rayon Təhsil sektoru yanında fəaliyyət göstərən Psixoloji Tibbi Pedoqoji Komissiyanın sədri vəzifəsində çalışıram. Fizika fənninin tədrisində yüksək nəticələrə görə 2022-ci ildə 5 oktyabr müəllimlər günü münasibətilə Elm və Təhsil Naziri E.Əmirullayevin əmri ilə "Fəxri fərman”-la təltif olunmuşam. Ailəliyəm, 3 övladım var.

*** 
 
 Ölkənin, dövlətin inkişafını ilk növbədə xalqa xidmətdə görən, ömrünü Azərbaycana həsr edən Heydər Əliyev tarix yazan tarixi şəxsiyyətdir. Azərbaycanın ən önəmli, ən əhəmiyyətli tarixləri məhz Heydər Əliyevin adı, imzası ilə bağlıdır. Bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyevin doğum tarixi - 10 may xalqımız üçün bayram günüdür.
Heydər Əliyev bütün zamanlarda isminin önündə heç bir təşbeh olmadan belə adı çəkilən vaxt dünya siyasi elitasında böyük hörmətlə qarşılanan nüfuz sahibi, öz ölkəsində isə xilaskar Atadır.
Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi dahi siyasətçidir. Görkəmli şəxsiyyətdir. Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısıdır. Müstəqil Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını təmin edən strategiyanın müəllifidir. Böyük Britaniyanın Baş naziri Toni Bleyer ulu öndərimiz haqqında belə bir fikir söyləyib: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Azərbaycan xalqı Heydər Əliyev irsi ilə həqiqətən də fəxr edir. Təkcə fəxr etmir, həm də ulu öndərin irsindən bəhrələnir. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün Azərbaycan, Azərbaycançılıq deməkdir. Heydər Əliyev irsi dövlət, dövlətçilik deməkdir. Azərbaycan dövlətinin tarixinə, xalqının yaddaşına əbədi həkk olunan Heydər Əliyev Vətənini firavan, millətini xoşbəxt görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etməklə xalqa və dövlətə xidmətin bariz nümunəsini göstərdi.
Azərbaycanın 40 illik tarixi məhz Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə bağlıdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasətçinin zamanında atdığı addımların mahiyyətini indi daha dərindən dərk edir, əhəmiyyətini gündəlik həyatımızda görürük. Çünki, ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir. Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!
Heydər Əliyev irsini təhlil edərkən onun gələcəyə - gənclərə göstərdiyi böyük qayğının şahidi oluruq. Heydər Əliyev uzaqgörən siyasətçi kimi ölkənin tərəqqi və inkişafını gənclərdə və təhsildə görürdü. Gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, o, həmçinin ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərirdi. Ümummilli lider bilirdi ki, şüurda dəyişikliyi yalnız təhsil, elm vasitəsilə həyata keçirmək olar. Bu səbəbdən də dahi siyasətçi Heydər Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi. Ölkəyə lazımlı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər yetişdirildi.
Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Zamanında atılan bu addım Heydər Əliyev tərəfindən gələcəyə hesablanmışdı. Vətənin, dövlətin keşiyində sədaqətlə dayanan bu günün generalları, polkovnikləri həmin illərin yetişdirdiyi zabitləridir.




[email protected]