SON XƏBƏRLƏR
Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır

 
Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır 
Humay Məmmədova
Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru
H.Əliyev-100 media mükafatı laureatı
 
 
Azərbaycan müstəqillik qazandıqdan sonra  cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətin böyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün  effektiv üsul  və metoların tətbiqi önə çəkilmişdir. Heydər Əliyev həmişə öz nitqində demişdir:
"İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya  konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.”
Heydər Əliyev Azərbaycan qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir:
"Biz müstəqil  dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək”.
Təhsil Problemləri və Müəllimləri Təkminləşdirmə İnstituttlarında, KİV-də müzakirə edilən təhsillə bağlı yeni termin və istilardan biri də kurrikulumdur. Bu sözün mənası mətbuatda kifayət qədər açıqlanıb. Kurrikulum proqramların, tədris planlarının, dərsliklərin yeni standartlara uyğun hazırlanması olub, nəticənin, başqa sözlə, bacarıq və əməlin önə getməsi, əsas götürülməsidir. Ümumiyyətlə, Azərbaycanda təhsilin dünyanın inkişaf  tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Biz əvvəldədə qeyd etdik ki, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu  öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində  aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən  genişmiqyaslı təhsil quruculuğu  işi gələcək  inkişafın güclü təməlini qoymuşdur.
Bütün bunlarla  bərabər təhsil sistemində bir neçə islahatlar da aparılmışdır. 2003-cü ildə yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və  müasir  tədris  avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı, xüsusi isdedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə proqram və bununla  bağlı digər proqramlar və onların reallaşdırılması da təhsilin inkişafı ilə bağlı görülən işlərin bir qismidir.
Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:
"Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır.



[email protected]