SON XƏBƏRLƏR
Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində bu gün torpaqlarımız yağı düşmənin işğalından azaddır

Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində bu gün torpaqlarımız yağı düşmənin işğalından azaddır 
HAXIYEV SADƏDDİN SEYDİ oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəbr və həndəsə kafedrasının baş müəllimi

Mən, Haxıyev Sadəddin Seydi oğlu 13 aprel 1963-cü ildə Şamaxı (indiki Qobustan rayonu) rayonunun Dağ Kolanı (indiki Poladlı kəndi) kəndində anadan olmuşam. 1970-ci ildə Poladlı kənd orta məktəbinin birinci sinfinə getmişəm. 1975-ci ildən təhsilimi Bakı şəhərində davam etdirmişəm və 1980-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi müvəffəq qiymətlərlə bitirmişəm. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti)  Tətbiqi-Riyaziyyat fakültəsinin 1-ci kursuna qəbul olunmuşam. 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. 1994-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində qiyabi təhsil alıb və həmin fakültəni müvəffəqiyyətlə bitirmişəm.
1986-1992-cı illərdədə AMEA-nin Ryaziyyat və Mexanika İnstitutu nəzdində XKB-da baş laborant, mühəndis vəzifələrində çalışmışam. 1992-ci ildən hal hazıra kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəbr və Həndəsə kafedrasında baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışmışam. Hazırda da baş müəllim vəzifəsində çalışıram. Cəbr və həndəsə fənnlərini tədris edirəm. 1999-cu ildən hal-hazıra kimi ADPU-nun Riyaziyyat fakultəsi Tələbə Elmi Cəmiyyətinin sədri, 2015-ci ildən hal hazıra kimi Riyaziyyat fakültəsi Elmi Şurasının elmi katibi vəzifələrini aparıram. 
2010-ci ildə "Kəsilən həllərə malik ikinci tərtib hiperbolik tənliklər sisteminin optimallığı üçün zəruri şərtlər” mövzusunda dissertasiya müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 2 dərs vəsaiti, 62 elmi məqalə və tezisin müəllifiyəm. Elmi tədqiqat işlərim əsasən hiperbolik tənliklər sistemi və optimal idarəetmə sahələrini əhatə edir. 
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Ailəliyəm, 2 övladım var, hər ikisi ali təhsillidir. Həyat yoldaşım ibtidai sinif müəlliməsidir.
***

Bu gün ulu öndərin ideyalarını ləyaqətlə yerinə yetirən ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti xalqımız dəs­təkləyir və müdafiə edir. Bu məqaləni Ümummilli lider Heydər Əliyevin sözün qüdrətinə verdiyi qiyməti son dərəcə yüksək səciyyələndirən bir faktla bitirmək istəyirəm. 1995-ci ildə Prezident Heydər Əliyev xalq şairləri Məmməd Araz, Xəlil Rza və Bəxtiyar Vahabzadəni Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan "İstiqlal" ordeni ilə təltif etmişdi. Ulu öndər Məmməd Arazın yaradıcılıq gecəsindən sonra ziyalılarla görüşdə demişdi ki, "mən bir neçə aydır düşünür, çox götür-qoy edirdim ki, ən yüksək mükafatı birinci kimlər almalıdır. Qərara gəldim ki, buna bizim şəxsiyyətlərimiz - Məmməd Araz, Xəlil Rza və Bəxtiyar Vahabzadəni layiq görülməlidirlər. Mən bu üç şəxsin adını fərəhlə çəkirəm. Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. İnsanlara isə şeir, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən başqa bir vasitə yoxdur”. Ümummilli liderin "Dil böyük bir aləmdir" kəlamı da bu dahi insanın sözə, onun qüdrətinə verdiyi qiymətin daha bir nümunəsi, təsdiqidir. Bu gün ulu öndər aramızda olmasa da, onun ideyalarını ləyaqətlə yerinə yetirən ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti xalqımız dəstəkləyir və müdafiə edir. 2020-ci il noyabrın 10-u xalqımızın, dövlətimizin tarixinə qızıl hərflərlə yazılan şanlı tarixdir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal altında olan hər qarış torpağı Vətən etmək üçün axıdılan qanların qisasının alındığı, torpaqlarımızın bü­tövlüyü yolunda qurban gedən şəhidlərin ruhlarının şad olduğu gündür. Dünyada yaşayan əlli milyonluq azərbay­canlının başını dikəldən, bu möhtəşəm xalqı qürurlu edən, qalib edən bir tarix yazılır. Bu sevincli, qürurlu günləri bizə yaşadan, qələbə sevincini xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevdir. Müqəddəs Vətən savaşının ilk günlərindən xalqın öz liderinin ətrafında sıx birləşməsi müzəffər ordumuzun şanlı qələbəsini təmin etdi. Dövlətimizə qarşı yönələn təzyiqlərə baxmayaraq Prezidentimiz nə qədər güclü xarakterə, mətin iradəyə malik olduğunu sübut etdi. Xalq-Prezident-Ordu birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində bu gün torpaqlarımız yağı düşmənin işğalından azad olundu. Azərbaycan xalqının möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi darmadağın oldu. Bu gün hər bir azərbaycanlı öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib və nümayiş etdirilən bu birliyin əzəməti sayəsində düşmənin bütün havadarları, himayədarları məğlub durumdadır. İllərlə həsrətini çəkdiyimiz torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dövlət etmək yolunda gördüyü böyük işlərin, çəkdiyi əziyyətin, zəhmətin bəhrəsi göz önündədir. İqtisadi cəhətdən qüdrətli dövlət, güclü və modern ordu qurmaq istiqamətində görülən işlər, diplomatik sahədə aparılan uğurlu siyasət bizim Qələbəni təmin etdi. 44 gün ərzində düşmən darmadağın oldu və Şuşada əyyaşlıq edən, rəqs etməklə qürurumuzu təhqir edən Paşinyan və ona havadarlıq edənlər layiqli cavablarını aldılar və bunun bədəlini hələ çox ödəyəcəklər. Eyni zamanda, döyüşən əsgərlərin şücaəti, yaratdıqları qəhrəmanlıq salnamələri xalqımızın nə qədər böyük potensiala malik olduğunu ortaya qoydu. Hələ bu döyüşlərlə bağlı nə qədər 
kitablar yazılacaq, filmlər çəkiləcək və bizim qürurlu xalqımızın keyfiyyətləri orada daha da aydın nümayiş etdiriləcək. Xalqın bütün nümayəndələri, ahıldan tutmuş uşağadək bir nəfər kimi hamı Müzəffər Ali Baş Komandanının, rəşadətli ordusunun yanında idi. İllərdir bu Böyük Qələbəyə həsrət olan xalq bütöv bir orduya çevrilmişdi. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim!” Artıq biz dünyaya nə qədər qürurlu xalq olduğumuzu bir daha nümayiş etdirdik və haqq işimizi sona çatdırdıq.




[email protected]