SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirib

Son bir ildə enerji sahəsində imzalanan sənədlər və son olaraq Avropa İttifaqının yaxından dəstəyi ilə Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın enerji şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Sofiyada imzalanan Anlaşma Memorandumu bir daha göstərdi ki, Prezident İlham Əliyev ölkəmizi Cənubi-Şərqi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirməyə nail olub.

ictimaifikir.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyadakı mövcud enerji böhranının yaratdığı yeni şəraiti vaxtında və dəqiq qiymətləndirən Azərbaycan Avropa bazarında yerini kifayət qədər möhkəmləndirdi.

"Artıq Azərbaycan Avropa üçün əvəzolunmaz strateji və etibarlı müttəfiqə çevrilib. Hamıya yaxşı məlumdur ki, enerji məsələsi təkcə iqtisadiyyat deyil, həm də geosiyasi maraqların və siyasi təhlükəsizliyin ən etibarlı təminatçısıdır", - deyə A. Quliyev vurğulayıb.




[email protected]