Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi "Şou xəbər” verilişinə müsahibəsində meyxanaçılarla duet oxumaq istədiyini dilə gətirib.
"Meyxanaçılar Vüqar Əbdülov, Namiq Qaraçuxurlu və Pərviz Bülbülə ilə ola bilər ki, duet oxuyum. Onlardan kim istəsə duet oxuyaram. Öz üslubum var. Gözəl və keyfiyyətli duet ola bilər. Super bir ritm, ondan sonra meyxana, nəqərat hissəsi isə mənə aid olan bir üslubda ifa edə bilərəm. İstəyirəm ki, mən də orada önə çıxım və bu layihədə gözəl yerim olsun”, - deyə Dilarə vurğulayıb.