SON XƏBƏRLƏR
Vətənpərvərlik ən önəmli dəyərdir

 Vətənpərvərlik ən önəmli dəyərdir
Günel Abbasova 
160 nömrəli Klassik Gimnaziyanın ibtidai sinif müəllimi 

Müəllimlər gələcəyimizin ziyalılarıdır, cəmiyyəti maarifləndirirlər.  Müəllim yeri gəldikdə valideyn, yeri gəldikdə bacı və ya qardaş, yeri gəldikdə bacı və ya dostdur.  Problemimiz olanda bizi darıxmadan dinləyən, bizi olduğumuz kimi qəbul edən və bizi mühakimə etməyən müqəddəs dəyərlərdir.  Müəllim ilk növbədə şagirdinə fəzilətli insan olmağı, insanlıq üçün faydalı işlər görməyi öyrətməlidir. Məktəb həyatımıza çoxlu müəllimlər gəlir, həyatımızda silinməz izlər buraxır.  Xüsusilə ibtidai sinif müəllimimiz məktəblə, dərslərlə, hətta həyatla qarşılaşdığımız ilk anda əlimizdən tutub bizimlə gəzir.  Bu gəzinti biz tək gəzə bilənə qədər davam edir.  Büdrədiyimiz zaman bizi qaldırır, bilmədiklərimizi söyləyir, qorxduğumuzda bizi ruhlandırır, səhvlərimizi düzəldir.  Bir sözlə, onun əlində xəmir kimi formalaşdırılıb işlənirik.  Bu mənada ibtidai siniflərdə ilk müəllimlərimizin təsiri inanılmazdır. Belə müəllimlərdən biri də 160 nömrəli Klassik Gimnaziyanın ibtidai sinif müəllimi Günel Abbasovadır. Günel müəllimənin dediklərindən: 
"İş fəaliyyətim dövründə bir çox tədbirlər keçirmişəm. Bunların əsasında isə şagirdlərimin vətənpərvərlik ruhunda təlim almaları, tərbiyə olunmaları olub. Biz müəllimlər nə qədər çox vətənpərvərliyi aşılasaq, övladlarımızın gələcəyinə bir o qədər çox müsbət təsir etmiş, vətənə yararlı övladlar yetişdirmiş olarıq. Belə ki,şagirdlərimlə keçirtdiyimiz "Zəfər tarixi” tədbiri, Novruz bayramı tədbiri, 28 May Respublika günü tədbirimiz də bunlara aiddir. Həmçinin, bu yaxınlarda keçirtdiyimiz Xocalım " adlı tədbiri də keçmişimizi unutmamalı olduğumuzdan bəhs edir".
Azərbaycan xalqı son iki yüz ildə davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından, doğma yurdlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmişdir.
Dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımını da erməni vandalizminin daha bir nümunəsi hesab etmək olar.
Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədi nə idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqe, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır.
Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Ermənilərin digər məqsədləri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımında insan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə Konvensiyasının, BMT Baş Məclisinin 1948 -ci il dekabrın 10-da elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan Hüquqlarının Ümumi və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktının maddələri ermənilər tərəfindən kobud şəkildə pozulmuşdur.
Hər il Xocalı qurbanlarının anım mərasimləri ölkəmizin bütün şəhər və rayon təhsil ocaqlarında qeyd edilir. 160 nömrəli Klassik Gimnaziyanın 4a sinfi ilə birlikdə akt zalında keçirdiyimiz tədbirdə məktəb rəhbərliyi, valideynlərin də iştirakı baş tutmuşdur.
Vətənpərvərlik ən önəmli dəyərdir
Xocalı qisasının alınmasında canlarından keçən şəhidlərimizi yad edərək tədbirə başladıq. Xocalı qurbanlarının qisası alınmasına baxmayaraq, Azərbaycan xalqı bu zülmü, bu qətliamı, bu cinayəti unutmur, unutmayacaq! Bizim də keçirdiyimiz tədbirdə şagirdlərin içdən çıxış edərək anaların fəryadını göstərməsi, qətlə yetirilən uşaqların saflığını, mələk olmalarını göstərən səhnəcikləri əslində yaramızın nə qədər dərin olduğunu, keçmişimizi illər keçsə belə unutmayacağımızın göstəricisidir.
Vətənpərvərlik ən önəmli dəyərdir 
Daha sonra şagirdlər Xocalıya aid şeirlə, musiqi ilə tədbirə davam etdilər. Rus,ingilis dilində də şeirlər söyləyərək bildirmək istədik ki, dilin fərqi yoxdur, acı eyni acıdır. Zalda hamının kövrəlməyi bur daha onu göstərdi ki, bu acını şagirdlər sanki yaşayaraq rollarını oynayırdılar. Mən şagirdlərimi alqışlayır,  qürur duyur, onları alqışlayıram, tariximizi, xalqımızın yaşadıqlarını hər zaman gələcək nəsillərə də ötürəcəklər. Bir müəllim kimi mənim və bütün həmkarlarımın da ən ümdə məqsədi yetişdirdiyimiz şagirdlərin vətənpərvər ruhda, torpağa, elinə bağlı əsl vətəndaş kimi böyüməsi, formalaşmasıdır. Çünki bu günün şagirdləri sabahın əsgəri, vətənin dayaq yeri və ümumilikdə əsl vətəndaşlıq nümunəsinə çevrilən gənclər, mütəxəssislər olacaqdır. 




[email protected]