Ulu öndərin dövlətçilik fəlsəfəsi

Ulu öndərin dövlətçilik fəlsəfəsi 
Aysel Dünyamalıyeva
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Azərbaycan tarixinin Heydər Əliyev epoxası ilə bağlı gəldiyimiz qənaətin formalaşması yalnız onun Azərbaycana kifayət qədər uzun müddət rəhbərlik etməsindən daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Ən yüksək kürsülərdən belə tam qətiyyətlə və əminliklə demək olar ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrlər ölkəmizin tarixinin xüsusi, yüksələn xətlə gedən inkişaf mərhələsini təşkil edir. Həmin dövrləri tam qətiyyətlə tariximizin həm surətli və hərtərəfli yüksəliş illəri, həm də intibahı adlandırmağımız daha dəqiq qiymətləndirmə meyarı olardı. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi otuz ildən yuxarı vaxt kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, mövcud təbii resursları, bir sözlə, mövcud milli gücü ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı əldə etmiş və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olan bu dövr məhz Ulu öndərin adı ilə bağlıdır.Ümummilli lider öz siyasi və dövlətçilik fəaliyyətində Vətənə, xalqa, torpağa bağlı olmuş, onlara sonsuz məhəbbət hissi ilə yanaşmış, qurub - yaratmaq arzusu ilə yaşamış, milli ideallara sıx bağlı olduğunu nümayiş etdirmişdir. Bu dahi İnsan bütün zəngin və mənalı həyatında həmişə xalqını, Vətənini düşünmüş, ölkəmizin ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Böyük strateq hələ hakimiyyətinin birinci mərhələsində, imperiyanın güclü olduğu dövrdə xalqın milli təfəkkürünü repressiya xofundan, mövcud təzyiq və təhdidlərdən qorumuş, milli-mənəvi dəyərləri dağılmaqdan xilas etmiş, milli şüurun yüksəlişinə istiqamətlənən ardıcıl tədbirlər həyata keçirə bilmişdir.Məhz Ulu öndərin rəhbərliyi illərində ölkəmiz nəhəng və sürətli inkişaf yolu keçərək fərqli bir durum yaratmağa, yeni cəmiyyət parametrləri qurmağa nail olmuşdur. Həmin illərdə ölkənin inkişafı başqa respublikalardan fərqli olaraq, sadəcə, prosesin adi axarının təzahürü formasında getməmişdir, bütün baş verənlər bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü göstərmiş, hamıya nümunə olacaq səviyyədə olmuşdur. Ümummilli liderin hakimiyyətinin birinci dövründə cəmiyyətimizin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halının formalaşması, tariximizin isə yeni inkişaf mərhələsinə keçməsi hamı tərəfindən qəbul edilən reallıqdır. 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halını və deməli, yeni tarixi mərhələni yaşaması başqa siyasi reallıqlar çərçivəsində baş verən hadisə olmuş və bu birbaşa onun adı ilə əlaqədardır. Ölkənin müasir tarixində olan xidmətləri və həyata keçirdiyi nəhəng missiyası ilə Ulu öndər Azərbaycanın intibahının əsasını qoymuşdur-onun müəllifi olduğu nəhəng işlər sadəcə ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf olmamışdır, bütün bunlar keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli bir yüksəliş olmuşdur. Tariximizin keçən əsrin 70-ci illərindən başlayaraq baş verənlər Ümummilli liderin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılmasına hazırlıq və onun reallaşması demək idi-Müstəqil Azərbaycan bu dahi şəxsiyyətin müstəsna tarixi xidməti oldu. Hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş liderlər olmuşdur. XX əsrin əvvəllərində qazandığı dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın məhz XX əsrin sonlarında öz istiqlalına qovuşmuş, milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını şərəflə yerinə yetirmişdir-tarixin hökmü ilə bu möhtəşəm missiyanı türk dünyasının nəhəng şəxsiyyəti olan Heydər Əliyev yerinə yetirmişdir. Hər birimiz müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə məhz xalqın böyük oğluna minnətdar olduğumuzu qürurla bildiririk.Tarixin gedişinə təsir göstərən dahi şəxsiyyətlər, böyük siyasi liderlər öz mütərəqqi ideyaları ilə xalqı ətraflarında birləşdirməyə çalışmış, hər bir addımda ictimai inam qazanmağa cəhd etmiş, məhz bu siyasəti ilə böyük uğurlara imza atmışlar. Bütün işlərində daim ictimai mənafeni üstün tutan, xalqın dəstəyinə daha çox arxalanan siyasi lider istənilən siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirə bilmiş, milli maraqları qoruması ilə seçilmişdir. Siyasətdə ictimai inam qazanmaq məramı bu gün də öz aktuallığım itirmir-hakimiyyəti millətə layiqli xidmət vasitəsi hesab edən və bunu əməli fəaliyyəti ilə göstərən liderlər məhz milyonların iradəsi hesabına dövlətə rəhbərlik etimadı qazanırlar. Tarixin bütün mərhələlərində üzləşdiyi sınaqlarından şərəflə çıxan xalqımız XX əsrin son otuz illik taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi böyük siyasi liderlə bağlamışdır.Azərbaycan xalqının öz qəlbində əsrlər boyu yaşatdığı müstəqillik ideyaları uzun və əhəmiyyətli təkamül yolu keçmiş, XX əsrin 70-ci illərindən başlayaraq bu arzuların həyata keçməsinə ciddi hazırlıq işləri görülmüş, əsrin son onilliyində ölkənin milli yüksəlişinin məfkurə əsası kimi reallaşmışdır. İmperiya ambisiyasının tüğyan etdiyi dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımları, ölkəni İttifaq miqyasında tanıtmaq yolundakı gördüyü böyük tədbirlər, bütün sahələrdə həyata keçirilən titanik işlər müstəqilliyə gedən yoldakı uğurlardandır. Ulu öndər özünə xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu məhz iqtisadiyyatın inkişafı ilə bağlıdır. Güclü iqtisayyat xalqın özünə inamını artırmağın mühüm vasitəsidir, bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir. 



[email protected]