SON XƏBƏRLƏR
Bakı Zəngəzur dəhlizini MÜTLƏQ AÇACAQ... - Ermənistanın keçmiş baş naziri

Siz Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağını soruşursunuz. Bu haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın.

Gundemxeber.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb:

"Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər.

Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? – Yaxşı heç nə!”

O bildirib ki, Laçın dəhlizini Paşinyan özü bağlayıb:

"Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda üç-dörd ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu) insanlar evlərini satırlar. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq”. 


[email protected]