SON XƏBƏRLƏR
Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,4 faizini daxili vəsaitlər təşkil edib

Cari ilin yanvar ayında əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, büdcə vəsaitləri 47,7 faiz, əhalinin şəxsi vəsaitləri 6 faiz, bank kreditləri 2,9 faiz, digər vəsaitlər isə 2,2 faiz təşkil edib.




[email protected]